Bakıda sürücü iş adamını qarət etdi

 Bakıda sürücü iş adamını qarət etdi, Seymur

Biznesmenin avtomobilindən 23 min 765 manat götürülüb

Bakıda sürücü müdirinin avtomobilini qarət edib.

Bakucity.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İş adamı İsmayılov Əlmürsəl Nəsrəddin oğlu polisə müraciət edərək bildirib ki, onun avtomobilindən ayrı-ayrı vaxtlarda 23 min 765 manat oğurlanıb.

Zərərçəkmiş qeyd edib ki, hadisədə Həsən adlı sürücüsündən şübhələnir.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı sürücü qarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər