Sürücü işıqforun qırmızı işığında keçir.
Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.
Bakucity.az-ın xəbərinə görə, hadisənin görüntlərini avtosfer.az saytı yayıb.
Kadrlara əsasən, işıqforun qadağanedici işığında keçən avtomobilin sürücüsü yolayrıcında digər maşınla toqquşur.
Zərbənin gücündən idarəetməni itirən avtomobil işıqfor dirəyinə çırpılaraq onu aşırır. Ardınca isə özü çevrilir.
Qəzaya səbəb yenə son anda “keçərəm” düşünərək hərəkət edən sürücünün tələsməsidir.