Bakıda "Əlvida, Şmidt" filminin qala gecəsi keçirildi - FOTO

Bakıda "Əlvida, Şmidt" filminin qala gecəsi keçirildi - FOTO

Filmin qala gecəsi “Cinema Plus” (Gənclik Mall) da reallaşıb

Bakucity.az xəbər verir ki, “Əlvida, Şmidt!” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan" studiyasında çəkilib.

Tragikomediya janrında çəkilən filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

Filmdə baş rola Azər Aydəmir, Rasim Cəfər və Gürcüstanlı aktrisa Mariam Kitia çəkiliblər. Filmdə xalq artistləri Rasim Balayev, Rafiq Əliyev və Qurban İsmayılov da yer alıblar. 

Etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunan film Qala gecəsində izləyicilərin alqışına səbəb olub.

Baş rol ifaçısı A. Aydəmir saytımıza açıqlamasında qeyd edib ki, bu film Mozalan studiyasının ilk bədi filmidir:

“Mozalan nizamnaməsini dəyişir və bu gündən etibarən tammetrajlı bədii filmlərin istehsalına başlayır. Bu bizim üçün çox böyük hadisədir. Çünki, özəl sektorda komediya, satira janrında bədii filmlər istehsal olunurdu, amma Mədəniyyət nazirliyi bundan kənarda qalmışdı. Mozalan studiyası bu gün ilk filmininin qala gecəsini keçirir və bundan sonra ildə bir dəfə film istehsal etməklə, inşallah ki, tamaşaçıların rəğbətini qazanacaq.

Bu film vətəni sevməyin vacibliyindən bəhs edir. Yəni, vətəninizdə müəyyən məsələlər sizin xoşunuza gəlməyə bilər, amma bu o deməkdir ki, siz düz istiqamətdən baxmırsınız. Düz baxsanız görəsiniz ki, Azərbaycan doğrudan da çox gözəl, yaşamalı vətəndir və biz bununla fəxr etməliyik. Bu filmə hardasa vətənpərvər film də demək olar".

Film Gəncə şəhərinin gözəl bir güşəsində, Xanlar (indiki Göygöl) rayonunda doğulub böyüyən bir etnik almanın, Emil Şmidtin heyrətamiz hekayəsindən bəhs olunur. E. Şmit Azərbaycanda yaşaya bilmir və qərara gəlir ki, ölkəni tərk etsin. Bunun üçün səfirliyə mraciət edir, səfirlik isə ona viza vermir. Ürək xəstəliyi olan Emil doğulduğu Xanlar rayonuna qayıdıb orada ölmək istəyir. Bakıdan Xanlara qədər 5 saatlıq yol taksi sürücüsünün ucbatından iki sutka yarıma başa gəlir. Elə bu məqamda filmin əsas məcarası başlayır.

Qeyd edək ki, film ötən gündən etibarən kinostudiyalarda nümayiş olunmağa başlayıb.

Ramilə Qardaşxanqızı

Bakucity.az

qala gecəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər