Seyran İsmayılov Mustafa Sandalın reperturaına müraciət edib
Azərbaycanlı gənc Almaniyanın məşhur “The Voice” müsabiqəsinə qatılıb.
Bakucity.az-ın xəbərinə görə, əslən Bakıdan olan Seyran İsmayılov türkiyəli müğənni Mustafa Sandalın “Aya benzer” mahnısını ifa edib.
Həmyerlimizin performansına münsiflər heyətinin dörd üzvünün hamısı çevrilib.
Qeyd edək ki, Seyran bir neçə dəfə “Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib.