Bakıda “Əlvida, Şmidt” filminin qala gecəsi keçirildi - FOTO

Bakıda “Əlvida, Şmidt” filminin qala gecəsi keçirildi - FOTO, Seymur

Film Emil Şmidtin heyrətamiz hekayəsindən bəhs edir

Bakıda “Cinema plus” (“Ganjlik Mall”) “Əlvida, Şmidt” filminin qala gecəsi baş tutub.

Bakucity.az xəbər verir ki, film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilib. 

Tragikomediya janrında çəkilən filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

Filmdə baş rollarda Azər Aydəmir, Rasim Cəfər və gürcüstanlı aktrisa Mariam Kitia çəkiliblər. Ekran əsərində həmçinin Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev və Qurban İsmayılov da yer alıblar. 

Baş rol ifaçısı A.Aydəmir saytımıza açıqlamasında qeyd edib ki, bu, “Mozalan” studiyasının ilk bədi filmidir:

“Mozalan nizamnaməsini dəyişir və bu gündən etibarən tammetrajlı bədii filmlərin istehsalına başlayır. Bu bizim üçün çox böyük hadisədir. Çünki, özəl sektorda komediya, satira janrında bədii filmlər istehsal olunurdu, ancaq Mədəniyyət Nazirliyi bundan kənarda qalmışdı. “Mozalan” studiyası bu gün ilk filmininin qala gecəsini keçirir və bundan sonra ildə bir dəfə film istehsal etməklə, inşallah ki, tamaşaçıların rəğbətini qazanacaq”. 

Film Gəncə şəhərinin gözəl bir güşəsində, Xanlar (indiki Göygöl) rayonunda doğulub böyüyən etnik almanın, Emil Şmidtin heyrətamiz hekayəsindən bəhs edir. 

E.Şmit Azərbaycanda yaşaya bilmir və qərara gəlir ki, ölkəni tərk etsin. Bunun üçün səfirliyə müraciət edir, səfirlik isə ona viza vermir. Ürək xəstəliyi olan Emil doğulduğu Xanlar rayonuna qayıdıb orada ölmək istəyir. Bakıdan Xanlara qədər 5 saatlıq yol taksi sürücüsünün ucbatından iki sutka yarıma başa gəlir. Elə bu məqamda filmin əsas məcarası başlayır.

Qeyd edək ki, film ötən gündən etibarən kinostudiyalarda nümayiş olunmağa başlayıb.

Bakıda “Əlvida, Şmidt” filminin qala gecəsi keçirildi - FOTO, fotoşəkil-1 Bakıda “Əlvida, Şmidt” filminin qala gecəsi keçirildi - FOTO, fotoşəkil-2 Bakıda “Əlvida, Şmidt” filminin qala gecəsi keçirildi - FOTO, fotoşəkil-3 Bakıda “Əlvida, Şmidt” filminin qala gecəsi keçirildi - FOTO, fotoşəkil-4

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı film
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər