Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?, Seymur

Sentyabrın 28-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bakucity.az xəbər verir ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Bakucity.az

Bakı hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər