Bakıda üçüncü “Zima” beynəlxalq uşaq festivalı keçiriləcək - FOTO

Dekabrın 14-də Heydər Əliyev sarayında Mədəniyyət Nazirliyi dəstəyi ilə “Beat Group” şirkəti tərəfindən keçirilən sayca üçüncü “Zima” beynəlxalq uşaq festivalının qala-konserti olacaq.

Bakucity.az xəbər verir ki, ənənəyə sadiq olaraq, festivalın gənc iştirakçıları yerli şou-biznesin tanınmış simaları ilə bir səhnədə çıxış edəcəklər.

Qala-konsertə qədər şou-biznes nümayəndələri festival iştirakçılarını əsl artist olmağa hazırlaşdıracaqlar.

Sentyabrın 26-da keçirilən mətbuat konfransında layihənin prodüseri Leyla Zeynalova, vokal üzrə pedaqoq Rimma Şapovalova, musiqili prodüser Rüstəm Rzayev və xoreoqraf Emin Useynov festivalın bəzi təfərrüatını açıqlayıblar. Konfransda həmçinin Xalq artisti Aygün Kazımova, Əməkdar artist Sevda Ələkbərzadə və müğənni İlqar Xəyal da iştirak edib.

L.Zeynalova saytımıza açıqlamasında bildirib ki, festivala əsasən MDB ölkələrinin nümayəndələri qatılacaqlar:

“Festivala Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkiyədən istedadlı uşaqlar gələcəklər. Onlar təsnifatdan keçəcəklər və yaxın zamanlarda biz onların adlarını açıqlayacağıq. Bu il festivalda iştirak üçün 110 namizəd ərizə vermişdi, təşkilat komitəsi onlardan 19 ən yaxşısını seçib”.

Layihənin prodüseri həmçinin qedy edib ki, “Zima” ildən-ilə daha miqyaslı və maraqlı olur. Festival iştirakçıları artıq digər nüfuzlu beynəlxalq müsabiqələrdə öz sözlərini deyiblər. Misal üçün, “Zima-2017”-nin bir qrup iştirakçısı “Vo ves qolos” beynəlxalq musiqili televiziya müsabiqəsinin qalibi olub.

Rüstəm Kərimov də fərqlənib – o, “San-Remo Junior 2017” musiqi festivalının xüsusi mükafatına sahib olub. Aleksandr Zazaraşvili isə - “Zima-2018”nin iştirakçısı – Ukraynada “Qolos. Deti” müsabiqəsinin qalibi olub.

“Zima-2019” festivalının aparıcları Leyla Quliyeva və Rüfət Məmmədov olacaq. Gənc artist R.Məmmədov yeni iştirakçılara bir neçə məsləhət verərək, məşğələlərin vacibliyini vurğulayıb:

“Mən yenidən burda olmağıma şadam. Əvvəl mən layihənin iştirakçısı idim, indi isə aparıcısı rolunda çıxış edirəm. İştirakçılara məşğələləri buraxmamağı məsləhət görürəm, bu çox vacibdir. Bu cür artistlərlə birgə fəaliyyət sizin üçün böyük şansdır. Festivalın daha bir üstünlüyü onun beynəlxalq olmasıdır, burada biz digər ölkələrdən özümüzə dostlar qazana bilirik. Hamıya uğurlar arzulayıram”.

Festivalın əhəmiyyətindən danışan şou-biznes nümayəndələri, Azərbaycan estradasına yeni nəsil hazırlamaq şansı qazandıqları üçün sevincli olduqlarını bildiriblər.

Aygün Kazımova 1988-ci ildə “Bakı payızı” müsabiqəsində iştirakını xatırlayıb. 

“Biz İlqar Xəyalla həmin müsabiqədə iştirak etmişik. İndiyə qədər yadımdadır, aylarla hazırlaşırdıq. Əlbəttə, mən həyancanlıyam. Hesab edirəm ki, artist üçün müsabiqələrdə iştirak mütləqdir. Belə tədbirlər onun nəyə qadir olduğunu göstərir. Hər şey müqayisədə bəlli olur. Mənim üçün ən vacib iştiakçılara öz təcrübəmi ötürməkdir”. 

Qeyd etmək yerinə düşər ki, bu il səhnənin qurulması və çəkilişlər bütövlüklə Moskvadan dəvət edilmiş mütəxəssislərə həvalə olunub.

Bakucity.az

Bakı "Zima"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...
Ekologiya
30 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti ola...
Cəmiyyət
İcra başçısının kartof yığması müzakirələrə səbəb olub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. BakuCity.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən Ş.Məmmədov məhsul yığan  əməkçilərlə görüşüb və onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib. İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu a...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Həmçinin oxu: Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır Bildirilib ki, bununla əlaq...
Kriminal
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az