Rusiyalı turistlər Bakıda hoteldə xoşagəlməz hallarla qarşılaşıb - FOTO

Turistlər “Old City Inn” hotelində pis xidmət və şəraitsizliklə üzləşiblər

Azərbaycana turist axını getdikcə artır. Bunu rəsmi statistika da sübut edir. Məsələn, bu ilin yanvar-avqust aylarında ölkəyə 2,1 milyondan çox turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur. 

Səyahət etmək üçün ölkəmizi seçənlərin sayının artması bu sahədə fəaliyyət göstərən şirkətlərin, hotel və ictimai iaşə obyektlərinin öz işinə daha məsuliyyətli yanaşmasını zəruri edir. Çünki cəmi 1 ziyarətçinin xidmətin səviyyəsi ilə bağlı mənfi rəyi ilə onlarla, tanınmış şəxs olduqda isə yüzlərlə, minlərlə əcnəbini ölkəyə gəlmək istəyindən daşındıra bilər. Əgər həmin ziyarətçi jurnalistdirsə, bu rəyin əhəmiyyəti dəfələrlə artır.

Bakucity.az “Report”a istinadən xəbər verir ki, bu günlərdə rusiyalı jurnalistlər Bakıya səfərləri zamanı qədim şəhərin ab-havasına uyğun yerdə qalmaq üçün İçəri Şəhərdəki hotellərdən birini  - “Old City Inn”i seçiblər. 

Lakin onlar internetdə təqdim olunduğunun əksi olaraq hoteldə pis xidmət və şəraitsizliklə qarşılaşıblar.

Belə ki, turist “Old City İnn” hotelində eyvanın qapısının bağlanmadığını və bunun onun üçün təhlükə yaratdığını, bütün gecə boyu otağının milçəklərlə dolu olduğunu vurğulayıb. Bununla yanaşı, o, yataq dəstinin də çox çirkli olduğunu, ümumiyyətlə, otağın təmizlənmədiyini bildirib. Turistin sözlərinə görə, otağın hamamının vannasının tüklə dolu olması, kanalizasiyadan isə üfunət iyinin gəlməsi onlarda doğru seçim etmədiklərinə əsas yaradıb. Ziyarətçilər “Old City İnn” otelinin işçilərinin xidməti barədə isə bildirib ki, ütü üçün 4 dəfə müraciət ediblər, lakin bu istək yerinə yetirilməyib, qeydiyyata isə dəfələrlə zəng etsələr də, telefon üzlərinə qapadılıb. 

Gördüklərindən nəticə çıxararaq hoteli dəyişmək istəyi jurnalistlərə baha başa gəlib. Belə ki, hotelin sahibi Şaiq Mütəllimov qalmayacaqları günlərin də ödənişini tələb edib, pulu aldıqda isə heç bir çek təqdim olunmayıb.

“Old City İnn” hotelinin əmədaşları isə məsələ ilə bağlı heç bir tutarlı cavab verməyiblər və onlara rəsmi şəkildə məktubla müraciət etməyi tövsiyə ediblər. 

Hotel barədə internetdə də narazılıqlar çoxdur. Kiçik araşdırmadan sonra belə qənaətə gəlmək olar.

Diana Qaliullina adlı turist internet vasitəsilə nömrə bron etsə də, Bakıya gəldikdə həmin oteldə ona nömrənin boş olmadığını bildiriblər, əvəzində bərbad şəraitdə digər hoteli tövsiyə ediblər, müştəri razılaşmayanda isə qalmağa başqa yer axtarmağı bildiriblər. D.Qaliullina yazır ki, hotel rəhbərliyində onların telefon nömrəsi və digər əlaqə vasitələri olsa da, heç bir xəbərdarlıq etmədən bron olunmuş nömrəni digərlərinə satıblar.

Otel sifarişi üzrə ixtisaslaşmış dünya üzrə məşhur booking.com saytında da sözügedən hotellə bağlı xeyli sayda xoşagəlməz rəy var. Belə ki, bu yay nömrə götürən turistlər səhər yeməyinin çox zəif olmasını, yemək verilən beşinci mərtəbədəki terrasa qalxmaq üçün isə liftin işləməməsini qeyd ediblər.

Digərləri isə ödəniş olunması üçün vaxt istədikləri halda, hotel administratorları tərəfindən səhər saat 5 olmasına baxmayaraq, dərhal ödəniş etməli olduqlarını bildiriblər. Ümumiyyətlə, ödənişlə bağlı bir çox ziyarətçilər rəylərdə öz şikayətlərini bölüşüblər. Belə ki, hoteldə qeyri-nağd ödəniş həyata keçirilməsi mümkün olmadığından turistləri kartlarındakı pulları dərhal nağdlaşdırmağa məcbur edirlər. 

Məsələyə münasibət bildirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov mövcud problemləri hotellərin lisenziyasız fəaliyyət göstərməsi ilə izah edib: "2015-ci ildən Azərbaycanda mehmanxana tipli, eləcə də turizm obyektlərinin fəaliyyəti üçün lisenziya tələb olunmur. Odur ki, belə xoşagəlməz hallar yaşanır. Turist üzləşdiyi problemlərlə bağlı  müraciət etsə belə, nə isə etmək mümkün olmayacaq. Hesab edirəm ki, hotel rəhbərliyi özü bu cür şikayətlərin olmamasına çalışmalıdır".

Bakucity.az

Bakı hotel
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım var. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövr...
Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az