Tanınmış prodüser Bakıda qəzaya düşdü - VİDEO

Tanınmış prodüser Bakıda qəzaya düşdü - VİDEO, Seymur

Ötən gecə paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Bakucity.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, hadisə Təbriz küçəsində qeydə alınıb. 

Qəza zamanı olan “Mercedes” markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq sağa dönmə əməliyyatı edib. 

Bu zaman əks yolda hərəkətdə olan və Faiq Ağayevin idarə etdiyi “Nissan” markalı nəqliyyat vasitəsi ona çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, Faiq Ağayev tanınmış prodüserdir. 

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı prodüser qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər