Bakı sakinləri hansı filmlərə üstünlük verirlər?

Budəfəki mövzumuz kinoteatrlar və onların tamaşaçılarıdır. 

Son zamanlar Azərbaycanda film bazarında canlanma var. Bu canlanma kinoteatr və kino mərkəzlərinə də təsirsiz ötüşmür. Film bazarında uğurlu filmlər də özünü təsdiq etməyə çalışır, uğursuz filmlər də. Lakin Azərbaycan tamaşaçısı artıq hər filmi həzm etmir, tükü tükdən seçməyi bacarır. Qısacası onları aldatmaq mümkün deyil.

Görəsən, insanların kinoya və kinoteatra marağını qüvvədə saxlamaq üçün hansı yeniliklər edilir? 

Ümumiyyətlə tamaşaçıların yerli filmlərə marağı çoxdur, yoxsa xarici filmlərə? Kinoteatrda filmə baxmaq neçəyə başa gəlir?

Bakucity.az mövzu haqda oxucularını məlumatlandırmaq üçün paytaxtın məşhur kino mərkəzlərinin nümayəndələri ilə danışıb. 

Nizami Kino Mərkəzinin direktor müavini Arzu Əhədova:

- Nizami Kino Mərkəzi 2011-ci ildə əsaslı təmirdən çıxıb. O zamandan bu günə kimi tamaşaçılar mütəmadi olaraq kinoteatrımızda film izləməyə gəlirlər və xidmətdən çox razıdırlar. Bunun üçün biz durmadan çalışırıq, istər səs, istərsə də görüntü baxımdan filmlərin ekranda yayınlanma keyfiyyətinə önəm veririk.

Zallarımızın rahatlığına və təmizliyinə, yayda və qışda kondisionerlərin fəaliyyətinə nəzarət edirik. Afişalarımızı tez-tez yeniləyir, nümayiş olunacaq filmlərdən tamaşaçıları xəbərdar edirik. Janr sarıdan filmləri çeşidləməyə çalışırıq ki, tamaşaçıların zövqlərini təmin edə bilək. Hər həftənin cümə axşamı repertuarımızı dəyişirik. Premyeralarımız demək olar ki, dünya kinoteatrları ilə eyni vaxtda nümayiş olunur.

Yerli və xarici filmləri müqayisə etsək, son 2-3 ildə yerli filmlərə maraq daha çoxdur. Tamaşaçılar film seçən zaman, əsasən komediya janrında olan milli filmlərimizə üstünlük verirlər. Lakin dram və qorxu filmlərinə də maraq az deyil. 

Seansa zamanından tez gələn qonaqlarımızın da rahatlığını düşünmüşük. Bunun üçün foyelərimizdə divan və kreslolar, stol-stullar yerləşdirmişik. Həmçinin ikinci mərtəbəmizda kafe-bar fəaliyyət göstərir ki, qonaqlarımız öz dostları və ailə üzvləri ilə birgə rahat əyləşə bilərlər. Biletlərimizin qiyməti isə seansa görə dəyişir. Minimum 4 manat, maksimum 8 manatdır.

Həmçinin oxu: Pərdələri qaldırın: Bakıda yeni teatr mövsümü başlayır - QİYMƏTLƏR

Park Cinema kinoteatrlar şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev

- Hər həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri “Metro Park”da olan kinoteatrımızda qiymətlər 3.3 manatdan başlayır. Bu da o deməkdir ki, hal-hazırda kino bazarında ən ucuz biletlər məhz “Metro Park”dadır. “Park Bulvar” filialımızda isə adi günlərdə 25 manata olan VİP biletlər hər həftənin çərşənbə axşamı 10 manata satılır. Bundan əlavə bütün şəbəkələrimizdə həftənin 2-ci günləri 50%-a qədər endirimlər olur.

Tələbə tarifimiz var ki, bu da film sevən tələbələrimizin büdcəsinə xidmət edir. Onlar öz tələbə biletlərini təqdim etməklə istənilən filialımızda və istənilən seansa xüsusi qiymətlərlə bilet əldə edə bilərlər. Paralel olaraq ailə tarifimiz də var. Ailəvi filmə gəlmək istəyənlər üçün bu tarif daxilində bilet almaq daha əlverişlidir, nəinki ailə üzvləri üçün tək-tək bilet almaq. Biz tamaşaçılarımızın büdcəsini, zövqünü, marağını və rahatlığını nəzərə almaq üçün imkanlarımız daxilində hər cür şərait yaradırıq.

Son vaxtlar həm yerli filmlər, həm də xarici filmlər tamaşaçıların maraq dairəsindədir. Hal-hazırda isə Azərbaycanda, bu il ərzində film bazarına çıxarılan “Kral şir” və “Qisasçılar”  filmi çox populyardır. Azərbaycan filmlərindən isə nümunə üçün “Sonuncu Pərdə” filmini deyə bilərəm ki, böyük marağa səbəb olub. Milli filmlərimizdən daha çox komediya janrında çəkilənlərə maraq var. Biletlərimizin qiyməti isə minimum 3.3 manatdan 25 AZN-ə qədər dəyişir. 

Bundan əlavə, kinoya baxmağa gələn tamaşaçılar təkcə bilet almaqla kifayətlənmirlər. Kinonun vazkeçilməzi sayılan məzələr və fəst-fud yeməklərə də pul xərcləyirlər. Ona görə bunu da nəzərə alıb, Bakı kinoteatrlarında kinoya baxmağın orta hesabla neçə başa gəldiyi barədə sizi məlumatlandırmaq istədik:

Alkoqolsuz içkilər minimum 1 manatdan başlayır, maksimum 6 manata qədər.

Pivələr 2,5 AZN-dən 6 AZN-ə qədər. Qəlyanaltılar minimum 1,5 manatdan 8 manata. Dondurmalar isə 2-4 AZN.

Arzu Murad

Bakucity.az

Bakı kinoteatr tamaşaçı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin artım var. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövr...
Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az