Firəngiz Ulutürk: Xəlil dedi ki, pilləkənləri belə qaçdığına görə səni alacağam

İki ayrı dünyaya sahib insanlar birlikdə böyük həyat hekayəsi yazıb

Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin növbəti qonağı Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkdür.

Firəngiz xanım 1932-ci il dekabrın 31-də Bakıda, məşhur Aşurbəyovlar nəslindən olan ziyalı ailədə dünyaya gəlib. Ali məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin 26 Bakı Komissarı adına mətbəəsində kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmağa başlayıb. 1970-ci ildən bu günə kimi isə Azərbaycan Dövlət Neft Akademiyasında (əvvəlki M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu) müəllim vəzifəsində çalışır. 

- Xəlil Rza Ulutürklə necə tanış olmusunuz? 

- Anamın istəyi ilə Tibb Universitetinə daxil olmuşdum, amma qan görəndə qorxurdum. Altı ay sonra atama dedim ki, oxuya bilmirəm. Atam da yarı zarafat, yarı gerçək “oxuya bilmirsənsə, demək, çıxmaq lazımdır, yoxsa camaatı öldürərsən”, - dedi. Çıxdım və təhsilimi Bakı Dövlət Universitetinin tarix fakültəsində davam etdirməyə başladım.

Xəlil isə BDU-da bacımla eyni qrupda - ədəbiyyat-jurnalistika fakültəsində oxuyurdu. Onlar 2-ci, mən 3-cü mərtəbədə idim. Dərsə saat 4-də gəlirdim, anam yemək büküb göndərirdi bacıma ki, işdən birbaşa dərsə gəlir, yesin. Qapının arasından yeməyi bacıma verib qaça-qaça çıxırdım 3-cü mərtəbəyə. Onda Xəlilin birinci cümləsi bu oldu ki, “bu pilləkanları belə qaçdığına görə səni özüm alacam, sən hər işin öhdəsindən gələcəksən”! Qayıdıb üzünə baxdım və öz-özümə bunun başı xarabdır dedim. 

- Ciddi yanaşmamağınıza səbəb nə idi? 

- Xəlil kənddən gəlmişdi, mən isə şəhər qızı idim. Üstəlik Aşurbəyovlar ailəsindən idim, kasıbçılıq görməmişdim, məni ona verməzlər deyə düşündüm. Amma mənim dünya malında zərrə qədər gözüm yox idi.

Xəlillə görüşüm bax belə başladı. Hər dəfə mən bacıma qapının arasından yemək verib qaçırdım, o, da arxamca mənə baxırdı. İnstitutun həyətində ağac var idi, sonra başladı orada məni gözləməyə. Hər dəfə bir bəhanə ilə qaçırdım ondan, onun da əlacı kəsilib başladı sevgi məktubları yazmağa. Məktubları oxuya-oxuya anladım ki, Xəlil adi kənddən yox, kitabların arasından çıxıb gəlib. 

- Gec ailə qurdunuz?

- 1957-ci ildə biz artıq ailə qurmuşduq. O, heç vaxt məni incitmədi. Ona hörmətim hədsiz idi. Bu günə qədər də, mən onu xoş xatirələrlə anıram. Xəlil uşaqlarımıza qarşı da dözümsüz idi, pul istəyən kimi verirdi. Deyirdim, uşaqlara belə asanlıqla pul vermə, onları korlayarsan, tez mənimlə razılaşırdı, sonra da “ay Firəngiz, mən özüm kasıb böyümüşəm, istəyirəm uşaqlarım korluq görməsinlər”, deyirdi və gülümsəyirdi.

Onu tanıdığıma, onunla ailə qurduğuma görə həmişə özümü şanslı qadın hesab etmişəm”

- Xəlil çox təvazökar idi, daxilində bircə damcı xılt, xəbizlik yox idi. Hamının yaxşı olmasını, xoşbəxt yaşamasını istəyirdi. Ailəsinə qarşı da həssas idi. Elə bil tamamilə bu millət üçün, torpaq üçün yaranmışdı. Xəlil Rza haqqında sadəcə tanış olduğumuz məqamları yox, çox danışa bilərəm. O, ər kimi çox yaxşı insan, vətəndaş kimi isə xalqını, millətini sevən şəxsiyyət idi. 

Həmçinin oxu: Qarabağda 16 yaşında döyüşən Ceyhunun hekayəsi

- İndi də demək olar ki, hər gün Xəlillə söhbət edirəm. O, hər yerdə mənimlədir. Mən onu unutmadım, unutmaram da. Bəzən ali məktəblərə, müxtəlif görüşlərə çağırırlar məni. Çalışıram uşaqlara, insanlara Xəlil haqda bildiyim, düşündüyüm hər şeyi deyəm ki, unudulmasın. Bəzən mənə sual verirlər ki, Xəlil Rzanın həyat yoldaşı olduğunuza görə çox çətinliklər yaşamısız, onu seçdiyinizə, dözdüyünüzə peşiman deyilsiz? Mən əsla peşiman olmamışam, yenidən dünyaya gəlsəydim, yenə onu seçərdim. 

Bu gün də Xəlilin yolunu gedirəm. Vətən bizim övladımızdır, biz də həm övladlarımızı qorumalıyıq, həm də torpağımızı. Çünki övladlarımızı bu torpaqda yetişdirir, böyüdürük”.

Firəngiz xanım deyir ki, Xəlili şair kimi də çox sevirdi, onu mütaliyə etməkdən doymurdu, indi də doymur. 

Bu dünyada otun, suyun, torpağın da yaddaşı var.

Sındırılmış bir budağın, söndürülmüş ocağın da yaddaşı var.

Ələk-vələk, darmadağın otağın da yaddaşı var.

Bayaq isti, indi bumbuz yatağın da yaddaşı var.

Nallı çəkmə altındaca qolu çıxan kuklacığın,

Miz üstündə yetim qalan bir qələmin,

varağın da yaddaşı var!

- Xəlil Rza qısqanc idi? 

- Bəli. Disertasiyamı müdafiə etməyə də qoymadı. İstəmirdi yad adamlarla danışıb-görüşəm, amma o, 1990-cı ildə çağdaş Azərbaycan Milli Hərəkatının fəal xadimi kimi Bakını işğal etmiş rus hərbçiləri tərəfindən həbs olunanda mən buradan gedib Moskvada Kruçkovla və başqa müstəntiqlərlə, məhkəmə işçiləri ilə görüşüb danışmalı oldum. Onun qoyduğu sərt qanunları, baryerləri aşıb-keçməyə məcbur idim. Çünki Bakı, Moskva, Rostov, Voronej zindanlarında qaldığı 8 ay 13 gün ərzində məndən başqa heç kimi buraxmırdılar yanına. 

Onun üçün tək mübarizə aparırdım. Deyirdim Xəlil, müdafiə edəndə Marksa, Engelsə qüsur tuturdun, deyirdin vaxt gələcək onlar haqda yazdıqlarını qalaqlayıb yandıracaqlar, Nizamini, Fizulini oxu. Mənsə bu yolları onlardan öyrənmişəm. 

“Əvvəldən ağlıma gəlirdi, bilirdim ki, Xəlili həbs edəcəklər”

- Hələ həbs olunmamışdan qabaq ona deyirdim ki, həbsxanaya keçən çörəyin altından bıçaqla eşib içini yoxlayacaqlar, mənim gətirdiyim çörəyin qıraqlarını yoxlayarsan. Tapşırırdım ki, hamının yanında tələsik çörəyi kəsmə, tək olanda kəs, yazılar silinməsin. Bakıda baş verənləri qısa-qısa siqaret kağızına yazıb isladırdım, çörəyin qırağını lap nazik kəsib yazını yapışdırırdım ora. Bananın qabığının içinə yazırdım ki, qorxma, Bakıda hamı sənin tərəfindədir, hər şeyi sənin xeyrinə həll edirik. Axırda da yazırdım ki, məni elmi işimi müdafiə etməyə qoymadın (gülür).

“Marksın heykəli götürüləndə mən ağlamışdım”

- Xəlil olmasaydı, yəqin ki, mən indi siyasətçi kimi tanınardım. Elmi kommunizmdən dərs deyən qadından hər halda siyasətçi olardı. Marksı çox sevirdim, onun həyatından, yaradıcılığından gecə saatlarına kimi oxuyub əzbərləyirdim. O, haqda 4-cü kurslara dərs də deyirdim. Elə vaxt olurdu ki, evdə yemək hazırlamırdım. Deyirdim əşşi, kolbasa, yumurta yeyərlər. Amma peşman olmadım, öyrənmək, çox bilmək doğrudan da yaxşı şeydir. Marksın nöqsanlarını sonradan tapdılar, amma nə olsun, hamının nöqsanı var. Həyat özü insanın daxilində o nöqsanları yaradır.

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı Xəlil Rza Ulutürk Firəngiz sevgi hekayə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
38 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq Yeni təyyarələrin alınması Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) marşrut şəbəkəsinin genişləndirməsinə imkan yaradacaq. BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib. “AZAL-ın strateji inkişaf planı var, yeni təyyarələrin alınması nəzərə alınaraq açılacaq yeni marşrutlar müəyyənləşdirilib. Yeni reyslər əsasən Cənub-Şərq...
Cəmiyyət
"Şərur" MTK-nın rəhbərliyi qanunsuz tələblər irəli sürür" Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.  Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər...
Cəmiyyət
"Özləri uşaqları bu cür ediblər" Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xaqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” verilişinə qatılıb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər. X.Kazımov qayınatasının ona böhtan atdığını bildirib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını q...
Hadisələr
Avtobusun şüşəni təpiklə sındırıb Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübah...
Siyasət
Dövlət başçıları təkbətək görüşüblər Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İordan...
Cəmiyyət
Bu köşklər şəhər küçələrindən yığışdırılacaq? Bakıda veb-taksofonlar və onlar üçün köşklər 2013-cü ildən quraşdırılıb. Hazırda isə şəhərin bir çox yerlərində həmin köşklərin içi boşdur.  BakuCity.az məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC ilə (“Baktelecom”) əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hazırda boş olan qurğular vaxtilə müxtəlif şirkətlər tərəfindən taksofonların yerləşdirilməsi üçün quraşdırılmışdı. Bu köşkləri quraşdıran hər hansı şirkət h...
Hakimiyyət
Polkovnik Hikmət Abbasov rəis təyin edilib Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarılan general 06.04.1968-ci ildə N...
Cəmiyyət
Əfsanəvi kəşfiyyatçı "hər şeyi görür" Bu gün BakuCity.az “Bakının parkları və bağları” rubrikası çərçivəsində paytaxtın Səməd Vurğun küçəsi ilə Azadlıq prospekti arasında yerləşən köhnə parklarından biri - Rixard Zorge parkından bəhs edəcək. Alman mühəndisin fikri 1898-ci ildə Bakı Şəhər Duması, Bakının baş planını mühəndis və keçmiş şəhər rəhbəri Nikolay fon der Nonneyə sifariş verdi. Alman mühəndis planda şəhərin əhəmiyyətli hissələrini böyük bulvar və p...
Cəmiyyət
Bakıda iri ticarət mərkəzi qəsdən yandırıldı? Sosial şəbəkələrdə yayılan məlumata əsasən, yanğın baş vermiş "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülməsi nəzərdə tutulurdu. İddiaya görə, bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb. BakuCity.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli...