“Azərkitab” kitab mərkəzi bundan sonra yeni ünvanda fəaliyyətini davam edəcək
Bakucity.az-ınn məlumatına görə, sentyabrın 27-si Yasamal rayonunda “Azərkitab” kitab mərkəzinin açılış mərasimi olub.
Mərasimdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, yazıçı Sabir Rüstəmxanlı, əməkdar incəsənət xadimi, yazıçı Baba Vəziroğlu, şair Vahid Əziz iştirak etmişlər. Nazir Əbülfəs Qarayev mərkəzin qırmızı lentini kəsdikdən sonra içəri daxil olub məkanla tanış oldu.
Qeyd edək ki, əvvəl Dövlət Statistika komitəsinin yaxınlığında fəaliyyət göstərən “Azərkitab”, bundan sonra fəaliyyətini Yasamal rayonu, Akim Abbasov ünvanında davam etdirəcək.