Bakıda beynəlxalq kitab sərgi-yarmarkası keçirilir - FOTO

Yarmarkada 100-dək nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edir.

Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.

Bakucity.az xəbər verir ki, tədbirdə Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Mədəniyyət naziri Əbülfəz Qarayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ombudsman Elmira Süleymanova, akademik Nizami Cəfərov, akademik İsa Həbibbəyli və başqaları iştirak edib. 

Açılış mərasimində çıxış edən Ə.Qarayev bildirib ki, Azərbaycan xalqının tarixində kitab önəmli yer tutur:

“Ədiblərimizin yazdığı əsərlər əsrlərlə yaşayıb, onların üzərindən yeni əsər, filmlər yaranıb. Biz çalışmalıyıq ki, gənclərimizə kitabı sevdirək. Azərbaycanda onlarla nüfuzlu nəşriyyatlar fəaliyyət göstərir. Ölkəmiz bu il Moskvada keçirilən Kitab yarmarkasında Qran-pri qazanıb. Azərbaycan kitabı artıq 6-cı dəfə öz qapılarını xarici qonaqlara açıb. Bu sərgidə Azərbaycandan 80, 22 xarici ölkədən isə 40 nəşriyyat iştirak edir”.

Baş nazirin müavini Ə.Əhmədov isə çıxışında qeyd edib ki, sərgi kitabın təbliğatı üçün keçirilən əzəmətli tədbirdir: 

“Bu gün Azərbaycan böyük intelektual sərvəti olan cəmiyyətdir. İnsan kapitalının inkişafını kitabsız təsəvvür etmək mümkün deyil. Bu sərginin Azərbaycanda 6-cı dəfə keçirilməsi ölkəmizin kitaba verdiyi dəyərdir”.

Daha sonra tədbir iştirakçıları yarmarkada sərgilənən kitablarla tanış olublar.

Sərgidə iştirak edən yerli nəşriyyatların əməkdaşları da saytımıza açıqlama verib.

“Kaspi” Təhsil Şirkətinin əməkdaşı Xanım Aydın qeyd edib ki, VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasında “Kaspi nəşrləri” seriyasından olan bütün kitablar yer alıb: 

“Son nəşrlərimizdən görkəmli sənətşünas Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” kitabı, həmçinin “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti 1897-1907” toplusu sərginin qonaqlarına təqdim olunur. Bunlarla yanaşı bədii ədəbiyyat nümunələri, məktəblilər və məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuş kitablarımız da sərgidə yer alıb. Kitablarımız dəfələrlə beynəlxalq sərgilərdə nümayiş olunub, bu sərgi də öz növbəsində çox ürəkaçan və gözəl başlayıb”.

Sərgidə Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab layihəsi” çərçivəsində nəşr olunan kitablar da yer alıb. AYB-nın Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza layihə və sərgi ilə bağlı fikirlərini diqqətə çatdırıb:

“AYB kitab” layihəsinin artıq 5 yaşı var və bu layihə çərçivəsində 100-dən çox kitab nəşr eləmişik. Son 3 ay ərzində isə 20-dən artıq yeni kitab çap etmişik. Bu həm də cənab prezidentin AYB-nə və yaradıcı qurumlara ayırdığı maliyyə vəsaitinin bir qismi ilə ərsəyə gəlib. Bugünkü VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası isə, fikrimcə, ötən illərki sərgilərdən daha yaxşı təşkil olunub.

Yarmarkaya olan maraq, insanların fəallığı da daha artıb. Ümumiyyətlə, bu ilin son iki ayı sanki ölkədə hər tərəf ədəbiyyat qoxuyur. 

Bu ilin Nəsimi ili olması da öz bəhrəsini verir və ölkədə müxtəlif ədəbi beynəlxalq layihələr həyata keçirilir. Bu gün burada müxtəlif yaşda insanları görürük, demək sərgi yaxşı təşkil olunub ki, onların marağı da artıb. Düzdür, sərgiyə gələnlərin bəziləri ancaq şəkil çəkdirib gedir, amma arzu edərdim ki, gələnlər daha çox kitab alıb oxusunlar. Ümumilikdə isə qənaətbəxş hesab etmək olar.

Müəlliflərə gəlincə, sərgi çərçivəsində Rəşad Məcid, Dayandur Sevgin, Seyran Səxavət, Qəşəm Nəcəfzadə sərgidə öz kitablarını imzalayacaqlar. “AYB kitab” layihəsi çərçivəsində nəşr olunan xarici ədəbiyyat nümunələri də sərgidə nümayiş olunur”.

Azərbaycan ədəbiyyatının gənc yazarlarından olan Günel Şamilqızı sərginin ilk günündə “Bağlayıcı” adlı ilk şeirlər kitabını oxuculara təqdim edib:

“Ölkədə belə tədbirlərin keçirilməsi, gənclərə diqqətin ayrılması xoşdur. Bu gün sərgidə ilk dəfə oxucu üçün kitab imzalayacam, bu da bir başqa sevincdir. İlk kitabımın ayrıca təqdimatını müəyyən səbəblərdən edə bilmədim, bəlkə növbəti kitabımla birlikdə təqdim edərəm. Amma düzünü deyim ki, şair dostlara çox hədiyyə  etmişəm deyə kitabım qalmayıb.

Həmişə bəlli bir auditoriyanın qarşısında şeir demişəm, amma ilk dəfədir ki, bu qədər çox və müxtəlif insanlarla birlikdəyəm. Həm şagird, həm tələbə, həm müəllim, həm ədəbiyyat sevər, həm də ümumiyyətlə kitabsevər insanlar var bugünkü sərgidə. Bir sözlə, müxtəlif auditoriyadan olan insanlar qarşısında şeir demək mənim üçün xoşdur”

Sərgidə şair-esseist Fərid Hüseyn “Əlvida ağacları” adlı sonuncu şeirlər kitabını oxuculara təqdim edib.

“VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası bu il daha çox qonaq qəbul edib. Həmişə fikirləşmişəm ki, tədbirin beynəlxalq hissəsi getdikcə güclənməlidir və illər keçdikcə bu arzularımız reallaşır, çünki təkcə Azərbaycan kitabı yox, eyni zamanda dünya kitabının qovşağına çevrilir Azərbaycan. Yaxşı bir məqam da müşahidə olunmaqdadır ki, Azərbaycan müəlliflərinin əcnəbi dillərdə nəşr olunan kitabları da bu sərgidə çoxluq təşkil edir. Tədbirin gündəliyi də əvvəlki illərlə nisbətdə zənginləşib, sərgi çərçivəsində açıq platformada keçirilən tədbirlər çoxdur. Oxuculara çatmaq, onlarla əl-ələ, göz-gözə olmaq baxımından bu cür tədbirlərin keçirilməsi vacibdir. Çünki ədəbiyyatın insanlara çatdırılması üçün canlı ünsiyyət əvəzedilməzdir”, - deyə F. Hüseyn bildirib.

“Şərq-Qərb” nəşriyyatının əməkdaşı Rza Hüseynov qeyd edib ki, nəşriyyatda il ərzində 60 milyon ədədə yaxın çap vərəqi istifadə olunur:

“Bildiyiniz kimi “Şərq-Qərb” ölkənin ən qədim tarixə malik və ən böyük mətbəə və nəşriyyatına sahibdir. Demək olar ki, Azərbaycanın bütün rəsmi qurumların, o cümlədən özəl şirkətlərin kitablarını çap edirik. Nəşriyyatda hər gün onlarla yeni kitab işıq üzü görür. Keçirilən bütün sərgilərdə də iştirak edirik. Bu gün sərgidə nümayiş olunan ən yeni kitablarımızdan biri dünən nəşrdən çıxmış İ.Nəsimidən bəhs edir”.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası Azərbaycan şairi, mütəfəkkir İmaməddin Nəsiminin 650 illiyinə həsr edilib. 

Sərgi-yarmarka sentyabrın 29-a qədər davam edəcək.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakıda beynəlxalq kitab-sərgi yarmarkası keçirilir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Dondurulmuş toyuq qanadlarında koronavirus aşkarlanıb. Çinin cənubundakı Şenzen şəhəri rəhbərliyi Braziliyadan gətirilmiş dondurulmuş toyuq qanadında koronavirus aşkarlandığını açıqlayıb. BakuCity.az xəbər verir ki, Çinin yerli xəstəliklərə nəzarət mərkəzləri iyun ayından etibarən ət və dəniz məhsullarını xüsusi testlərdən keçirirlər. Buna səbəb iyun ayında dəniz məhsulları bazarında yeni virusun yayılması idi. Bu proseslər çərçivəsində toyuq qanadlarından...
Kriminal
Bakıda "9933" taksi şirkətinin sürücüsü sərnişini baltalamağa çalışıb. BakuCity.az xəbər verir ki, Bakıda "9933" taksi şirkətinin sürücüsü "Vətəninfo.az" saytının baş redaktoru Nahid Canbaxışlını baltalamağa cəhd edib. Bu barədə demokrat.az-a danışan Nahid Canbaxışlının sözlərinə gərə, dünən saat 20:07-da sifariş etdiyi "9933" taksi şirkətinin əməkdaşı (Opel Astra - 33-BG-034) tərəfindən 20:59-da hücuma məruz qalıb: "Taksi sürücüsü məni Binə qəsəbəsində ev...
Cəmiyyət
Paytaxtda gələn həftədən iri ticarət mərkəzləri açılır? Xəbər verildiyi kimi, avqustun 11-də Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərarına dəyişiklik edib. Belə ki, açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Bəs iri ticarət mərkəzləri ilə bağlı qaydalar varmı? Gələn həftə açıq havada olan kafe və restoranlarl...
Cəmiyyət
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər. İdarədən BakuCity.az-a verilən məlumata görə, iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı, 213 nömrəli məktəb-liseyin məzunu Qardaşəliyeva İlahə Şahgül qızı, 229 nömrəli...
Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 40 dəfə pozub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəb...
Hadisələr
Bakıda avtobus yanıb külə dönüb. Bu gün səhər saat 7 radələrində Bakı şəhərinin Xəzər rayonunda  “Karsan” markalı, 99 JK 763 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yanıb. BakuCity.az xəbər verir ki, hadisə avtobus Zığ yolu-Hava limanı istiqamətində hərəkətdə olan zaman baş verib.  Yanğın vaxtı avtobus müntəzəm və ya ekspres marşrut xətti üzrə fəaliyyətdə olmayıb. Sürücü tək olub və o, hər hansı bir xəsarət almayıb. (oxu.az) BakuCity.az
Ekologiya
Azərbaycanda zəlzələ olub. BakuCity.az xəbər verir ki, yerli vaxtla saat 09:21-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, maqnitudası 3.7, dərinliyi 15 km olan təkanlar hiss olunmayıb.   BakuCity.az
Cəmiyyət
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:  1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil...
Cəmiyyət
Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir. Dövlət İmtahan Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş...