Bakıda kafenin damında meyit tapıldı

Bakıda kafenin damında meyit tapıldı, Seymur

Bakıda  kafenin damında 86 yaşlı kişinin meyiti tapılıb

Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı kafe meyit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər