Bakının Binəqədi rayonunda bir nəfər döyülərək xəsarət alıb
Bakucity.az xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən Ərzaq mağazasında qeydə alınıb.
Mağazada müştəri olan 45 yaşlı Elşən Qocayev satıcı tərəfindən döyülüb. Nəticədə E.Qocayev kəllə-beyin travması alıb və burnunun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisınin təfərrüatları araşdırılır. (APA)
Bakucity.az