Bakıda iş adamının 22 min manatı mənimsənilib

Bakıda iş adamının 22 min manatı mənimsənilib, Arzu

Şirkətin sahibi meneceri tərəfindən aldadılıb

“Qızıl quyu” limonadı və “Beloçka” günəbaxan tumları istehsal edən şirkətin rəhbərinin pulu mənimsənilib.

Bakucity.az xəbər verir ki, “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Bayramov Elman Halay oğlu şirkətin satış meneceri tərəfindən aldadılıb. O polisə şikayətində bildirib ki, satış meneceri Zahid Abdullayev şirkətin 22 min manat pulunu mənimsəyib.

Bununla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, “Ayan” MMC “Qızıl quyu” limonadı və “Beloçka” günəbaxan tumları istehsalı edən müəssisədir. (Report)

Bakucity.az

pul mənimsəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər