Bakıda sahə rəisinin qətlinin səbəbi - TƏFƏRRÜAT

Bakıda sahə rəisinin qətlinin səbəbi - TƏFƏRRÜAT, Arzu
Hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb
Şənbə günü Bakı şəhəri Xətai rayonunda "Abşeron Zeytun” MMC-nin sahə rəisi, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlunun döyülərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bakucity.az xəbər verir ki, hadisəni törədən şəxs artıq Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Bu gün baş tutacaq məhkəmədə barəsində istintaq müddəti üçün qətimkan tədbiri seçiləcək.

İlkin araşdırmalar zamanı məlum olub ki, B.Piriyev və qardaşı oğlu Zığ qəsəbəsi ətrafındakı zeytun bağlarına nəzarət edib və ərazidən yığılan zeytunu zavoda təhvil verirmiş. Tanımadıqları şəxslərin ağaclardan zeytun topladığını görərkən müdaxilə ediblər və bu zaman aralarında dava düşüb. B.Piriyev ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilsə də, müayinə zamanı qəfil keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)
Bakucity.az
döyülərək öldürülməsi hadisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər