Bakıda qətl törədilib.
Bakucity xəbər verir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 3-cü Mədən küçəsi 42 nömrəli evdə yaşayan 1968-ci il təvəllüdlü Aqşin Quliyev öz mənzilində tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimovu qısqanclıq zəminində öldürüb.
Əvvəlcə şüşə qabla İ. Həşimovun başına vuran Aqşin Quliyev, daha sonra bıçaqla onun boğaz, qarın nahiyələrinə çoxsaylı zərbə yetirib.
A. Quliyev hadisə yerindən qaçıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
APA.az