Bakıda yeni piyada keçidləri inşa edilir

Prezident İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bakucity.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadənxəbər verir ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.

Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hal-hazırda Bakı şəhərində  5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı  piyada keçidi. Piyada keçidinin giriş-çıxışları ilə birlikdə uzunluğu 80.2 metr, qalereyasının eni 4.4 metr, hündürlüyü isə 3 metrdir. Keçid bağlı qazma üsulu ilə inşa edilir və H.Əliyev prospektində hərəkətə heç bir maneə yaradılmır. Keçidin tikintisi 75 faiz yerinə yetirilib.

2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçidi. Piyada keçidi üstü açıq və asma tiplidir. Metal konstruksiya orta dayaqsızdır və keçidin əsas hissəsi asma troslar vasitəsilə saxlanılacaq. 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 130 metr, eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir. Piyada keçidində 2 lift quraşdırılacaq. Keçidin tikintisi 80 faiz yerinə yetirilib.

3. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 metr, eni 3.5 metr, yol üzərindən hündürlüyü isə 5.5 metr təşkil edir. Keçidin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb.

4. Mərdəkan-Zuğulba yolunda yerüstü  piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu  59.4 metr, oxdan-oxa uzunluğu 52 metr, kənar dayaqlarda hündürlük isə 5.15  metr təşkil edir. Keçidin bünövrə, dayaq və pilləkən hissələrinin tikintisi başa çatdırılıb. Hazırda aşırım hissəsinin yığılması zavod şəraitində aparılaraq yekunlaşdırılır.

5. Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidi. Keçidin uzunluğu 76 m, eni – 3.6 m, yol səviyyəsindən hündürlüyü isə 9.4 m-dir. Keçidin dayaqlarının üçü də tam olaraq tikilib. Piyada keçidi aşırım hissəsinin montajı üçün hazırdır. Hal-hazırda aşırım hissəsi isə zavod şəraitində hazırlanır. Tikinti işlərinin 65 faizi yerinə yetirilib.

Piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə start verilib.

Tikintisi yekunlaşmış piyada keçidi  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də Hökməli dairəsinin yaxınlığındadır. Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 metr, yol səthindən hündürlüyü isə 5.5 metr təşkil edir.

Daha 2 keçidin isə Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu km-də, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivində inşasına start verilib. Yerüstü piyada keçidləri metal konstruksiyalı və üstü açıq olmaqla uzunluqları 51 m, eni isə 4 m olacaq. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.

Qeyd edək ki, Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda və Bakı ətrafı yollarda  avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...