Bakıda ata-oğul bıçaqlanıb

Bakıda ata-oğul bıçaqlanıb, Arzu

Bakıda bıçaqlanma hadisəsi olub.

Bakucity.az xəbər verir ki, cinayət hadisəsi paytaxtın Binəqədi rayonu, Z.Qəmbərov küçəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyev aralarında yaranmış münaqişə zəminində xalası nəvəsi, 1968-ci il təvəllüdlü Füzuli Şirinovu döş qəfəsindən bıçaqlayıb. Hadisə nəticəsində F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinov da bıçaq yarası alıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində A.Quliyev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Bakucity.az

Bakıda bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər