Bakıda adam bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakıda adam bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb, Arzu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bakucity.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən,  N.Əbilova 2 il sınaq müddəti seçilməklə 3 il şərti cəza verilib və  məhkəmə zalından azad edilib. 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Kürdəmir rayon sakini Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi “Güllücə” kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilov hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. (APA)

Bakucity.az

<script src="//yastatic.net/share2/share.js"></script>

<div class="ya-share2" data-services="facebook,twitter,whatsapp,odnoklassniki,vkontakte,telegram"></div>

azadlığa buraxılıb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər