Rafael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib
Bakucity.az xəbər verir ki, o, etdiyi əməllərə (borc pul alıb qaytarmaması, deputat vəsiqəsini girov qoyması) görə üzr istəyib.
Qeyd edək ki, Rafael Cəbrayılov III çağırış Azərbaycan Milli Məclisinin deputatıdır.
Sonuncu çağırışda o, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib.
Bir müddət əvvəl Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan Rafael Cəbrayılov borca görə məhkəməyə verilib.
Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixində 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.
Deputat borcu vaxtında ödəyə bilməyib.
Bakucity.az