Gülyaz və Gülyanaq Məmmədovaların konserti təxirə salınacaq? - AÇIQLAMA

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ailəsində baş verən faciəvi hadisə onların oktyabr ayına nəzərdə tutulan solo konsertinə heç bir təsir etməyəcək. 

Bu barədə Bakucity.az-a xalq artisti Gülyanaq Məmmədova məlumat verib. 

O bildirib ki, bacılarının həyat yoldaşının vəfatı onların ailəsini dərindən kəndərləndirib, lakin bu tədbirin vaxtı, məkanı daha öncədən müəyyənləşdirildiyindən və tamaşaçılara elan olunduğundan konsert proqramı təxirə salınmayacaq: 

“Atalarımız deyib ki, xeyir və şər qardaşdır. Biz sənətçilərin isə bir gözümüz ağalayanda, bir gözümüz daim gülüb, çünki, bizim şəxsi problemlərimizin, dərdlərimizin tamaşaçıya heç bir aidiyyatı yoxdur. Biz bunu səhnəyə yansıtmalı deyilik”, - deyə Gülyanaq Məmmədova bildirib.

Qeyd edək ki, Xalq artistlərinin konserti oktyabrın 30-da Heydər Əliyev Sarayında keçirilicək. “İki qəlbin nəğməsi” adlı konsert proqramı saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacılarının həyat yoldaşı Mövsüm Məmmədkərimov sentyabrın 24-də Yevlax rayonunda baş verən avtomobil qəzasında həyatını itirib. 

Hadisə zamanı yaralanan Əli və Mahal Məmmədkərimovlar isə Mövsüm Məmmədkərimovun övladlarıdır. 

Gülyanaq Məmmədova onu da əlavə edib ki, hadisə zamanı xəsarət alan şəxslərin vəziyyəti hazırda yaxşıdır və onların müalicəsi davam etdirilir. 

Konsert proqramının keçiriləcəyi vaxt sentyabrınv 1-də elan olunub və həmin tarixdən biletlərin satışına başlanılıb. 

Konsertin biletlərini Heydər Əliyev Sarayının kassalarından, www.iticket.az saytından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Gülyaz Gülyanaq Məmmədova konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bəzi restoranlar məlumat verməkdən yayındı Çində yayılan koronavirusla əlaqədar olaraq Azərbaycanda da qabaqlayıcı tədbirlər gücləndirilib. Bəzi məlumatlara görə, bu virusun daşıyıcısı olan insanın təması nəticəsində əşya və qidalar vasitəsilə də yayılma təhlükəsi var. Belə olan halda Bakıda Çin mətbəxi nümunələri təqdim edən restoranlar da diqqət mərkəzinə düşür. Mövcud vəziyyəti araşdırmaq üçün BakuCity.az saytı paytaxtda fəaliyyət göstərən Çin restoranl...
Cəmiyyət
"Türk kanallarında kinolara baxıram" Baku TV paytaxt sakinləri arasında televiziya kanalları ilə bağlı sorğu keçirib. BakuCity.az xəbər verir ki, sakinlərə "Televiziyalarımızda nə çatışmır?" sualı ünvanlanıb. Sakinlərin bu suala cavabı birmənalı olmayıb. Paytaxt sakinləri kanallarda problemlərin çox olduğunu söyləyir: "Baxıram, amma türk kanallarına, o da kinodan-kinoya". Digər bir sakin isə yalnız xəbər proqramlarından razı qaldığını deyib: "Xəbərlər norm...
Cəmiyyət
Yanvarın 9-da sürüşmə sahəsi yenidən aktivləşib Badamdar qəsəbəsində aktivləşən sürüşmənin fəsadlarını aradan qaldırmaq, eləcə də analoji hadisənin təkrarlanmaması üçün ərazidə yeraltı suların axıdılması məqsədilə quyular qazılacaq. Görüləcək işlərlə bağlı layihə hazırlanıb. BakuCity.az AzTV.az-a istinadən xəbər verir ki, sürüşmə baş verən ərazinin yuxarı hissəsində üç quyu qazılacaq. Dərinliyi 30 metr olacaq quyuları daxildən bərkitmək üçün metal lövhələr...
Cəmiyyət
Əhalinin kütləvi toplandığı yerlərdən uzaq olmaq lazımdır “Hələlik Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Ölkəyə şübhəli hal daxil olmayıb”. BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva “Report”a deyib. O qeyd edib ki, vəziyyət sabitdir və hazırda ölkədə respirator virus infeksiyası müşahidə olunur: “Tək-tək hallarda rast gəlinən qrip virusu təsdi...
Ekologiya
Bəzi yerlərdə duman olacaq Bakıda yanvarın 30-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 12-14 dərəcə is...
Cəmiyyət
Ət məhsullarını və yumurtanı tam bişirin Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı əhaliyə tövsiyələrini açıqlayıb. BakuCity.az həmin tövsiyələri təqdim edir: Özünüzü və başqalarını xəstəlikdən qoruyun • əllərinizi yuyun• öskürdükdən və asqırdıqdan sonra• xəstələrə qulluq edərkən• yemək hazırlayərkən, əvvəl və sonra• yeməkdən əvvəl• tualet istifadəsindən sonra• əllər vizual olaraq çirkl...
Cəmiyyət
Marketdə oğurlanıb Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb. BakuCity.az xəbər verir ki, T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, hadisə yanvarın 28-i saat 18:45 radələrində Nəsimi rayonu Bülbül prospekti, 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb: “Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra ça...
Cəmiyyət
Yasamal sakini QİÇS-dən əziyyət çəkirdi Bakıda ölüm hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini 1974-cü il təvəllüdlü C.R (ad şərtidir) QİÇS virusundan ölüb. Araşdırmalar zamanı C.R-nın uzun müddət narkotik istifadəçisi olduğu da məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında “TOP-5”ə daxil olub. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu “Fodors Travel” turizm şirkətinin reytinqi göstərir. Reytinqdə 1-ci yeri Parisin şimalında, Montmartr təpəsində yerləşən məşhur funikulyor tutub. Bu funikulyor saatda iki min sərnişin daşıya bilər. İkinci yerdə Macarıstanın Budapeşt şəhərindəki Buda tə...