Sabah, oktyabr ayının 1-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Bu barədə Bakucity.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-19, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət 60-70 faiz olacaq.
Bakucity.az