Bakıda bir gündə üç nəfər narkotik maddənin təsirindən ölüb.
Bakucity.az-ın xəbərinə görə, bu barədə APA yazır.
Ölüm faktlarından ikisi Yasamal rayonunda qeydə alınıb.1985-ci il təvəllüdlü Rəhimov Səxavət Hidayət oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Nadir Tahir oğlu qəbul etdikləri narkotik maddədən zəhərlənərək ölüb.
Bundan əlavə, Suraxanı rayon sakini, 1985-ci il təvəllüdlü Züfliqarov Asiman Maarif oğlu qəbul etdiyi narkotik maddədən zəhərlənərək dünyasını dəyişib.
Hər üç faktla bağlı araşdırma aparılır.