Hər gün yol qəzaları və qayda pozuntuları barədə müxtəlif informasiyalar yayılır
Bir çox hallarda qayda pozan sürücülərlə yol polisləri arasında anlaşılmazlıqlar və mübahisələr yaranır.
Lakin çox az hallarda qayda pozan sürücü əməlini etiraf edir. Və çox nadir hallarda yol polisi qayda pozduğunu etiraf edən sürücüyə jest edir.
Bakucity.az BAKU.WS-ə istinadən xəbər verir ki, belə hadisələrdən biri də Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nərimanov heykəli dairəsinə yaxınlığında Saleh Nəsirov adlı vətəndaş yol qaydasını pozub. Bu zaman sürücünü saxlayan yol polisi təəccüblənib. Çünki polis ağzını açmamış sürücü sənədlərii təqdim edib və qayda pozduğunu etiraf edib.
Yol polisi də, belə nümunəvi sürücüyə jest edib və ona cərimə yazmayıb. Sürücü Saleh Nəsirov hadisəni belə xatırlayır:
“Nərimanov heykəli dairəsinə yaxınlığında “Opel Zafira” markalı, 10 PL 415 dövlət nömrə nişanlı maşınla hərəkətdə olarkən saxlamaq və soldan gələn maşınları buraxmaq əvəzinə, tələsdiyim üçün və sürücülük təcrübəmə arxayın olaraq, qəza şəraiti yaratmayaraq qaza basıb keçdim.
Dairədə duran DYP əməkdaşı dərhal maşınımı saxladı. Yaxınlaşdı və özünü təqdim etməmiş sürücülük vəsiqəmi və maşının sənədlərimi ona sarı uzadaraq, qayda pozduğumu etiraf etdim. Yol polisi bir anlıq duruxdu və bu hərəkətimə çox təəcübləndi.