Gənclər üçün bütün imkan və xidmətləri birləşdirən vahid elektron platforma yaradıldı

“GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib. 

30 sentyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət və özəl sektor, eləcə də beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının - “GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib. 

Məlumdur ki, Azərbaycan gəncliyinin hərtərəfli inkişafının dəstəklənməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin ana sütünunu təşkil edir.

Bu siyasətin bariz nümunəsidir ki, dövlət tərəfindən gənclərin keyfiyyətli təhsil və dayanıqlı məşğulluq ilə təmin olunması, onların şəxsi inkişaf və asudə vaxtının səmərəli təşkili, beynəlxalq təmsilçiliyinin artırılması, sağlamlığının mühafizəsi və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişmələri üçün geniş imkanlar yaradılıb. 

Bakucity.az-ın xəbərinə görə, bu xüsusda, “GəncApp” mobil tətbiqinin məqsədi gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər, layihələr və təşəbbüslər barədə ən son xəbərlər, eləcə də mövcud dövlət dəstəyi mexanizmləri və xidmətləri barədə ətraflı məlumatların gənclərə vahid mərkəzləşdirilmiş elektron formada effektiv şəkildə çatdırılması, eyni zamanda, gənclərə tətbiq üzərindən bu xidmətlərdən yararlanmaq imkanı tanımaqdır. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə müxtəlif sahələrdə dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar barədə məlumat verib və “GəncApp” portalının bu imkanların gənclərə çatdırılmasınını əhəmiyyətindən danışıblar. 

Daha sonra “GəncApp” mobil tətbiqinin təqdimat videoçarxı nümayiş etdirilib. Tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir. Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanları barədə “GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.  

Son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tədbiqdə nəzərə alınmışdır. Belə ki, “GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq, ictmai faydalı işlərə cəlb olunmaq və bilik və bacarıqlarını artırmaq imkanı da təklif edir. 

“GəncApp” -ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir. 

Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək  imkanına sahib  olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

“GəncApp” tətbiqinin yaradılması cənab Prezident İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür. 

GəncApp – gələcəyinizi düşünən mobil tətbiq!

Bakucity.az

Bakı “GəncApp”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
Şəki şəhərinin mərkəzində görüntülənən qonur ayı xüsusi keyidici iynə ilə zərərsizləşdirilib. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakıdan Şəkiyə ezam olunmuş əməkdaşları ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görür. BakuCity.az
Ekologiya
Şəkinin mərkəzi küçələrində gəzən ayı Altıağac Milli Parkına aparılacaq. "Şəkinin mərkəzində olan ayı Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq". BakuCity.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. Həmçinin oxu: Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi "Əhalidən bir daha xahiş edirik ki, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, təmkinli olsunlar, o...
Cəmiyyət
Milli Məclis 190 manatlıq birdəfəlik ödənişlə bağlı mühüm təklif irəli sürüb. "Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”. BakuCity.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxış edib. "Bu məsələnin həll olunması vacibdir. Həmçinin ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə də ehti...
Cəmiyyət
Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərib. "Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub".  BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin. "...
Biznes
Sədərək Ticarət Mərkəzində növbəti qadağa tətbiq edilib. Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib. BakuCity.az xəbər verir ki, bu barədə ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib. M.Qədimovun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliy...
Biznes
Müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. Bu gündən xüsusi karantin rejimi çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət üçün nəzərdə tutulan müddət artırılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. Qərara əsasən, mayın 31-dən Bakı,...
Hadisələr
Şəhərin mərkəzi küçələrində ayı dolaşır. Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir. Vətəndaşlardan xahiş edilir...
Biznes
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib. Qeyd edək ki, fəaliyyətinə icazə veri...
Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargah BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiy...