Diana Hacıyeva: Bakıda ən sevdiyim məkan Dağüstü parkın yaxınlığıdır

Tanınmış müğənni, daha çox DiHaj səhnə adı altında fəaliyyət göstərən Diana Hacıyeva Bakucity.az-ın qonağı olub.

İfaçı saytımıza müsahibəsində Bakıda sevdiyi yerlərdən və yeni layihələrindən danışıb.

- 2017-ci ildə “Avroviziya” musiqi yarışmasında Azərbaycanı uğurla təmsil etdiniz, sonra YouTube-da müxtəlif ölkələrin bloggerləri səsinizdən və mahnılarınızdan heyrətləndilər. Müsabiqədən sonra Avropada çıxış etmək üçün təklif aldızmı?

- Bu müsabiqənin xətti ilə müxtəlif fan klubların təşkil etdiyi bir neçə çıxışlarım oldu. Bundan başqa, “Avroviziya” böyük musiqi rəhbərlərinin izlədiyi müsabiqə deyil. Bu dar çevrənin müsabiqəsidir. Ümumiyyətlə, öz işlərimi davam etdirirəm, müxtəlif ölkələrdə çıxış edirəm, təkcə “Avroviziya” iştirakçısı kimi deyil, çünki bu mənim işimdir.

- Xaricdə işləmək üçün sizə müqavilə təklif ediblərmi? 

- Hələ ki, belə təkliflər olmayıb. 

- Bəs belə bir dəvət alsanız, qəbul edərsizmi?

- Hər şey alacağım təklifdən asılıdır (gülümsəyir).

- Azərbaycanı tərk edib başqa ölkədə işləməyə gedə bilərsinizmi?

- Sənətçi çox çalışmalıdır, inkişaf etməsi üçün bazara ehtiyacı var. Öz sənətində nə qədər çox sahəni əhatə etsə, bir o qədər yaxşıdır. Belə bir fürsət yaranarsa, və bu, sənin gözləntilərinə cavab verərsə, niyə də yox. Bu, doğma ölkəndəki hər şeydən imtina etmək demək deyil. Sən onsuz da azərbaycanlı olaraq qalacaqsan (gülür).

- Xaricdə müxtəlif festivallarda tez-tez çıxış edlirsiniz?

- Sənətimdə bu cür halların çox olduğunu deyə bilmərəm, amma kifayət qədər olub. Ümumiyyətlə, xaricdə təkcə bir ifaçı kimi çıxış etmirəm, bu yaxınlarda Hamburqda artıq 15 ildir keçirilən “International Music Managers Forum”un konfransında iştirak etdim. O, “Reeperbahn” festivalının bir hissəsi kimi keçirilir. Bu tədbirdə mən Azərbaycanı təmsil edən məruzəçi kimi çıxış etdim. Yeri gəlmişkən, ölkəmiz bu forumda ilk dəfə iştirak etdi. Azərbaycanda medianın durumundan danışdım. Bunun yaradıcılıq fəaliyyətimdə yeni bir bölmə olduğunu deyə bilərik. 

- Ölkəmizin nümayəndəsini bu forumda necə qarşıladılar? 

- Əla! Ümumiyyətlə, bütün iştirakçılara qarşı münasibət eyni idi. Festivalda 30-dan çox ölkə və onların nümayəndələri musiqi sənayesinin tamamilə fərqli sahələrində çıxışlar etdilər, bunlar agentlər, brend menecerləri, marketinq menecerləri və s. idilər. Hər şey məhsuldar və pozitiv keçdi!

- Bir az da çalışdığınız musiqi istiqaməti haqqında danışmaq istəyirəm. Siz həmişə təcrübələra aparmağı, yeniliklərə imza atmağı sevirsiniz, cazdan elektron musiqiyə keçdiniz. Bu gün hansı janrda çalışırsız?

- Əslində, birini digərindən ayırmaq istəməzdim. Mənə elə gəlir ki, bunu öz musiqimizdə mütəmadi olaraq dəyişmək olur, və nəticədə başqa kiçik janrlar yaranır. Sabah nə yaradacağını heç vaxt bilmirsən.

“DiHaj” öz musiqisini yaradır, və ahzırda biz ikinci albom üzərində çalışırıq.

- Qızınız artıq musiqiyə maraq göstərir. Sənətinizi davam etdirməyinə qarşı deyilsiniz? 

- Təbii ki, əleyhinə deyiləm. Həyat yoldaşım və mən ailədə uşağa təzyiq göstərməmək üçün belə bir siyasət seçdik. Biz ona heç bir sərhəd qoymuruq. Vəziyyət belədir ki, o həm çox oxuyur, həm də çoxlu rəqs edir və bu, onda heç də pis alınmır. Yəqin ki, Bülbül adına musiqi məktəbinə gedəcək (gülür). Hələ ki, uşaq bağçasına gedir.

- Yaxın gələcəkdə daha hansı yeniliklər gözlənilir?

- İndi hələlik ki, YARAT layihəsindəyəm, bu mənim üçün yeni bir hipostazdır. Artıq mənim installyasiyam təqdim olunan bir sərgidə iştirak etmişəm. Bu, musiqi, video və heykəltəraşlıqdan ibarət olan çox intizamlı bir installiyasiya idi. O “Artim Project Space”də iki ay qaldı. İndi dekabr ayında keçiriləcək yeni sərgiyə hazırlaşmalıyıq. Ümumiyyətlə, yaşım artdıqca, digər sənət sahələri mənim üçün daha maraqlı olur.

- Musiqi sənətindən vizual sənətə gəlməyi necə bacardınız? 

- Bəzi mövzularla bağlı beynimdə maraqlı təsvirlərin, fikirlərin olduğunu özlüyümdə hiss etməyə başladım. Və bu fikirlər həmişə musiqi ilə əlaqəli olmur. Buna görə də biləndə ki, YARAT rezidensiyasına qəbul keçirilir, müraciət etmək qərarına gəldim. 

- Məşhur müğənninin onlara qoşulmaq qərarını YARAT necə qarşıladı? 

- Müsbət qarşıladılar, çünki yeni hər şey üçün açıq olan yaradıcı bir məkandır. 

- Bakıda ən çox sevdiyiniz məkan haradır? 

- Mən Dağüstü parkın yaxınlığındakı məkanı çox sevirəm. Oradan dənizə, göydələnləri və binaları ilə zəngin şəhərin yeni hissəsinə gözəl mənzərə açılır. Əlbəttə, İçərişəhərdə gəzintiyə çıxmağı, “Mantra Space”də oturmağı sevirəm. Mənim üçün bura sadəcə kafe deyil, mən istədiyim vaxt bura gələ və öz işimlə məşğul ola bilərəm: musiqi bəstələmək, mütaliə etmək və ya sadəcə düşünmək. Burada özümü çox yaxşı hiss edirəm! Paytaxtda Elmlyar Akademiyası ərazisini də çox sevirəm, ola bilsin orada ağac çox olduğuna görədir. 

- Bəs Bakı ilə əlaqədar uşaqlıqdakı ən xoş xatirəniz hansıdır? 

- Əl oyunları idman sarayı. Bu “Bəri bax” ansamblına qoşulduğum dövr idi. Bu sarayda Yeni il şənliyindəki çıxışımızla bağlı hadisə oldu. Biz doqquz nəfər idik, səhnə böyükdür və mahnı başlamazdan öncə səhnəyə çıxmağı çatdırmalıyıq. Oğlanlarımızdan biri büdrəyib süni qarın içinə düşdü (gülür). Ümumiyyətlə, uşaqlıqdan səhnə ilə bağlı çox məzəli xatirələrim var. Bir tərəfdən maraqlı uşaqlıq keçirdim: tamaşalar, qastrollar. Ancaq həftə sonları bütün sinif yığışıb bir yerə gedəndə həmişə üzülürdüm, çünki mənim ya çıxışlarım olurdu, ya da məşq etməliydim. Lakin hələ uşaq ikən mən artıq pul qazanırdım, qonorarlar alırdım.

- Bəs ilk qonorarınızı xatırlayırsız?

- Səhv etmirəmsə, 1998-ci ildə idi, tamaşaya görə 10 dollar almışdım. O dövrdə, xüsusilə səkkiz yaşlı bir uşaq üçün böyük məbləğ idi (gülür).

 - Yaxın gələcək üçün planlarınızı bölüşün, pərəstişkarlarınız üçün yeni nələrsə hazırlayırsızmı?

- İndi EP yazmağı planlaşdırırq. Bir musiqimizə klip çəkməyi də düşünürük. 2017-ci ildə Yaşıl teatrda verdiyimiz konsert kimi tədbirlər planlamırıq. Musiqi festivallarında iştirak etmək istəyirəm. 

İndi “DiHaj” qrupumuz məndən, Əli Nəsibov və Anar Abdullayevdən ibarətdir, yeni albom yazırıq.

Biz “experimental doom pop” janrında ifa edirik. “Experimenta”l – çünki özümüzü heç bir çərçivəyə salmırıq, doom- melanxolik və düşüncəli bir vəziyyətdir, pop – bənd və xordan ibarət standart bir mahnı formasıdır. 

EP yazıldığı bir solo layihəm də var. Ümumiyyətlə sentyabr ayı digərlərinə nisbətən çox aktiv ay oldu, işlər çox idi. İndi yeni aktiv mərhələ üçün layihələr qurmağa vaxt yarandı. Əlbəttə ki, prioritet mənim fəaliyyətimin musiqi komponentidir.

Züleyxa İsmayılova

Foto: Nicat Alili

Bakucity.az

Bakı Diana Hacıyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
36 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Oktyabrın 13-də  Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Bakucity.az-a bildirilib ki, gündüz, əsasən, yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° ist...
Kriminal
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb. C.Maarifzadə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakucity.az
Cəmiyyət
Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. “Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa u...
Hadisələr
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub. Bakucity.az xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb. Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili m...
Cəmiyyət
Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb.  Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolu...
Biznes
Bahalaşma əsasən paytaxtın mərkəzi küçələrində müşahidə olunur. Bakıda ilkin mənzil bazarında sentyabr ayı ərzində 0,26 faiz bahalaşma olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,32 faiz artım deməkdir. Bu barədə Bakucity.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. “Bahalaşma Bakıda əsasən 1, 5, 6.2, 6.3, 10.3-cü zonalarda müşahidə olunur. Yeni tikililərdə birotaqlı mənzillərin qiymətində 3,5 faiz, 4 otaqqlı mənzil...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində gənc qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxaraq hazırlıq kursuna gedib və bir daha geri qayıtmayıb. M.Mirəzyevanın atası hadisə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.   Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimo...
Hadisələr
Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb. Bakucity.az Oxu.Az-a istinadən məlumat verir ki, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az