Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq, Seymur

Bu gün səhər saat 10:00-dan paytaxtın iki rayonda qaz təchizatı dayandırılıb

Bu barədə Bakucity.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Bundan əlavə, Pirallahı rayonu “Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Bakucity.az

Bakı qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər