12:35, 1 oktyabr 2019

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bakucity.az-ın xəbərinə görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz olacaq.

Bakucity.az

#Bakı #hava

Şərhlər

Elan
live comments feed...