“TurStat” turizm portalı payız fəslində istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib.
Bakucity.az xəbər verir ki, siyahıda Azərbaycanın paytaxtı Bakı şəhəri beşinci olub.
Reytinqə Minsk və Nur-Sultan başçılıq edir.
Portal qeyd edir ki, rusiyalı turistlər Bakıya əsasən alış-verişə gəlirlər, bundan əlavə onların payızda Azərbaycana səfər etməsinə səbəblərdən biri də oktyabrın sonlarında Göyçayda keçiriləcək Nar bayramıdır.
Reytinqə görə, turistlər payızda MDB-nin ölkə və şəhərlərində 40-100 dollar arası (60 – 170 manat) xərcləyirlər.
Bakucity.az