Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO

Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO

Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb

Bu barədə Bakucity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.

Dəyişikliyin üstün cəhətləri aşağıdakılardır:

Bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir; piyada təhlükəsizliyi təmin edilir; sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir; nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.

Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-1 Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-2 Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-3 Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-4 Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-5 Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-6 Bakının iki prospektinin kəsişməsində dəyişiklik edilib - FOTO, fotoşəkil-7

Bakucity.az

Bakı yol kəsişməsi dəyişdirilib
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər