Yeni metrolar, yollar və parklar: Bakının Baş planı bizi nə ilə təəccübləndirəcək?

Sentyabrın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İşçi Qrupun iclasını keçirilib.

İclasda ötən müddət ərzində şəhər planlaşdırmasında görülən işlər araşdırılıb, beynəlxalq və yerli ekspertlərin ilkin rəyləri müzakirə olunub.

İclas zamanı komitənin sədr müşaviri Rüfət Mahmud bildirib ki, Bakının gələcək 20 il üçün inkişaf istiqamətlərini müəyyən edəcək baş plan hazırlanır.

Bəs görəsən Bakının Baş planı bizi nə ilə təəccübləndirəcək? 

Bakucity.az mövzu ilə bağlı ekspert Hüseyn Abdullayevin fikirlərini öyrənib.

- Bakının Baş planının əsas prioritetləri hansılardır?

- Baş plan şəhərin strateji inkişaf konsepsiyasıdır, yəni, şəhər necə inkişaf etməli, necə dəyişməlidir, prioritetli sahələr hansı olmalı və sair. 

“Hazırlanan Baş planın təməlində isə, ən əsas məsələ şəhərdə yeni mərkəzlərin və ya sub-mərkəzlərinin yaradılmasıdır, bundan əlavə ekologiya məsələləri, tarixi irsin qorunması və sair məsələlər var.

Çünki hazırda Bakı təkmərkəzli şəhərdir, bu da ona gətirib çıxarır ki, hər səhər böyük sayda kütlə mərkəzə tərəf və hər axşam mərkəzdən yaşayış əraziləri tərəf səyahət edirlər.

Səhərin yeni submərkəzləri yaradılmalıdır. 

Bildiyiniz kimi, Abşeron yarmadasında dəmir yolu infrastrukturu yenidən qurulur. 

Birinci mərhələdə Bakı-Sumqayıt dairəvi dəmir yolu təmir edilir. Bu xəttin bəzi stansiyaları paytaxtda yeni submərkəzlərin yaradılmasını asanlaşdıra bilər. Çünki şəhərdə nəqliyyyat vasitələri yaxşı olduqca iqtisadi inkişaf da yaxşı olur. 

-  Hansı ərazilərdə yeni meyrostansiyalar tikilməlidir?

- Ümumiyyətlə, “Bakı Metropoliteni”nin konseptual inkişaf planı real deyil, xüsusilə də, onların qeyd etdiyi müddətdə. 

Bu istiqamətdə prioritetləri önə çəkmək lazımdır. Onlardan biri isə “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına gedən xətdir. Bu istiqamətdə tunellərin işsasına başlanılıb, amma proses necə gedir bilmirəm.

Həmçinin oxu: Bakıya gətirilən yeni avtobuslar bu istiqamətlərə veriləcək - SİYAHI

İkinci mərhələdə mövcud olan bənövşəyi xətt məsələsi dayanır. Çünki xətt hazırda şəhərin heç bir mərkəzi hissəsinə getmir. 

Hətta C.Səlimov küçəsində yeni stansiya açılsa da, o, insanların aktiv hərəkət etdiyi yer deyil. Bu xətt  şəhərin mərkəzi hissəsində yerləşən hansısa yerə getməlidir ki, insanlar ondan çox istifadə etsinlər. 

Düzdür, konseptual planda olan həll yolu da şəxsən mənim ürəyimcə deyil, çünki o “Nizami” stansiyasına birləşdirilməli idi, orada metropolitenin də ərazisi var. Yəni, potensial olaraq “Nizami” metrostansiyası iki xəttə xidmət edə bilərdi. Təbii ki, orada paralel stansiya tikilməlidir.

Metro sistemində ən vacib məsələlərdən biri isə, qırmızı və yaşıl xətlərin “28 May” stansiyası tərəfdə ayrılmasıdır. Çünki bu yerdə metripolitenin iki xətti, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları eyni tuneldən istifadə edir ki, bu da müəyyən çətinliklər yaradır. Məhz elə buna görə də, “Cəfər Cabbarlı” ilə “Xətai” qatarları ayrı işləyir. Yəni yaşıl xətdən ayrılmış şəkildə. Bu xətlərin tamamilə ayrılması çox vacib məsələdir. 

Əslində 2014-cü ildə bu məsələ qaldırılmışdı, hətta xarici bir şirkət də işə cəlb olunmuşdu, amma sonra metropolitenin rəhbərliyi dəyişdi və bu məsələ aktuallığını itirdi. Hələ də bu məqamı xatırlayan yoxdur. Əslində isə bu “Bakı Metropoliteni”nin ən böyük problemlərindən biridir ki, tezliklə həll etmək lazımdır.

Həmçinin oxu: Yol polisi Bakıda “xeyirxah taksi”lərə qarşı mübarizəyə başlayır - AÇIQLAMA

Amma burada bir məqam da var ki, bu işlərin reallaşması üçün “28 may” metrostansiyası təxminən yarım il fəaliyyətini dayandırmalıdır. Bu isə  çox böyük problemlərə gətirib çıxara bilər. Həqiqət isə ondadır ki, bu məsələ həll olunmalıdır, vaxt uzadılmaqla heç nəyə nail olmuruq. 

- Şəhərdə yeni yollar və parkların da tikintisi nəzərdə tutulubmu?

- Söhbət Bakı şəhərinin yeni planından gedirsə, deməli təbii ki, şəhərdə yeni küçələr və yollar salınmalıdır. Bu da mürəkkəb məsələdir. İlk növbədə Bakının dairəvi yolu yekunlaşdırılmalıdır, çünki layihə hazırda paytaxtın Pirşağı qəsəbəsində dayanıb. Bu yol Sumqayıt istiqamətində davam etməli idi.  Yollardan əlavə, fikrimcə Bakı şəhəri üçün çox əhəmiyyətli layihələrdən biri də “Tramvay layihəsi”dir. Tramvayın yenidən istifadəyə verilməsi Bakıda bir çox yol-nəqliyyat problemlərini həll edə bilər. Bildiyimə görə bu məsləyə də baş plan çərçivəsində baxılır.

- Bəs,  “gecəqondular”la bağlı necə, nələrə ehtiyyac var?

- Bakının daxilində - Kubinka, Xutor, NZS, Keşlə kimi yerlər var ki, orada hələ də pis vəziyyətdə olan böyük yaşayış əraziləri var. Bu ərazilərə xüsusi diqqət ayrılmalıdır. 

Ola bilər ki, bu ərazilər sökülər və yerində yeni yaşayış binaları, ictimai məkanlar və s. tikilər. Amma mən diqqəti bir başqa yönə də çəkmək istəyirəm. Şəhərin mərkəzindən şərq istiqamətə gedəndə, təxminən “Böyükşor” gölünün cənub sahilindən dəniz sahilinə qədər köhnə sənaye zonaları var və düşünürəm ki, bu ərazilərə xüsusi diqqət yetirilməli, burada şəhərsalma fəaliyyəti daha da genişləndirilməlidir. Çünki bura demək olar ki, şəhərin ən önəmli coğrafi mərkəzidir və burada sənayeyə artıq ehtiyyac da yoxdur.

Əslində bu məsələyə ilk addım “Ağ şəhər”layihəsi ilə atılıb, amma hətta bu layihənin genişləndirilmiş planı da bütün bu sahəni əhatə etmir. Fikrimcə bütün ərazi tamamilə yenidən və yeni şəhərsalma prinsiplərilə qurulmalıdır.

Yəni, köhnə sənayenin yerində yeni şəhərin qurulması tamamilə düzgün bir addım olardı. Bu həm də, şəhərin mərkəzi hissəsini Əhmədli, 8-ci kilometr və digər ərazilərlə birləşdirmiş olar. Hazırda fikir versəniz bu ərazilərin arasından keçən böyük prospektlərimizin ətrafında olan sənaye zonaları heç də həmişə aktiv deyil.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı Baş plan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Daha bir sexin fəaliyyəti məhdudlaşdırıldı Bakıda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər. Ümumi sahəsi 25 kv.m-lik ayrıca tikilidə...
Cəmiyyət
Hər kəs iştirak edə bilər Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq. BakuCity.az xəbər verir ki, forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər olacaq. Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər. Forum "INPRESS PR Solutions"ın təşkilatçılığı ilə həyata keçirilir. Forumun əsas məqsədi son illərdə sür...
Cəmiyyət
Xüsusi dərman məhlullarından istifadə olunur Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, bu məqsədlə gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya olunub. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxması...
Mədəniyyət
Müsabiqə iki mərhələdən ibarət olacaq Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, müsabiqənin təşkil olunmasının əsas məqsədi şagirdlər arasında ifa mədəniyyətini yüksəltmək, xüsusi istedada malik məktəbliləri aşkar etmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilm...
Cəmiyyət
"Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?!" "Koronavirus təhlükəsi ilə bağlı insanlar virusdan qorunmağın müxtəlif yollarını axtarırlar. Neçə gündür sosial şəbəkələrdə bunun üçün çox sadə üsul - buruna perekis tökməklə virusa yoluxmanın qarşısının alınmasına dair məsləhətlər dolaşır. Bu metoddan özbaşına istifadə etmək məsləhət deyil". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epi...
Cəmiyyət
Dövlət başçısı açılışda iştirak edib Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. BakuCity.az
Cəmiyyət
Virus və soyuqdəymədən necə qorunursunuz? Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur. BakuCity.az xəbər verir ki, epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Azərbaycanda da onlarla şəxs koron...
Cəmiyyət
Qərargah yaradılıb Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. BakuCity.az-ın məlumatına görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün...
Cəmiyyət
Virus İran vətəndaşında aşkarlanıb Belarusda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi virusun iranlı tələbədə aşkarlandığını bəyan edib. Həmçinin oxu: Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır Qeyd olunub ki, fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan aviareyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb. BakuCity.az