Bakıda yeni səfirlik açıldı

Bakıda yeni səfirlik açıldı

Bu gündən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Bu barədə Bakucity.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

XİN-nin məlumatında bildirilir ki, bu gün nazirliyin Dövlət protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib. 

Görüşdə E.Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanan notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada qeyd olunub ki, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Bakucity.az

Bakı Slovakiya səfirlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər