Bakının Nəsimi rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə İslam Səfərli küçəsində qeydə alınıb.
Məhəmməd Qurbanovun idarə etdiyi “Renault” markalı avtomobil yol kəsişməsində “Ford” markalı avtomobillə toqquşub.
Zərbənin təsirindən “Renault” yol kənarında dayanmış vəziyyətdə olan “BMW” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.