Bakıda qatar qadını vurdu

Bakıda qatar qadını vurdu

Paytaxtın Keşlə qəsəbəsində "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub.

Bu barədə Bakucity.az-a Səhiyyə nazirliyindən məlumat verilib.

Bildirilir ki, qadın açıq kəllə-beyin travması ilə agır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti kritikdir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb.

Bakucity.az

Bakı qatar qadın vurdu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər