Uşaqlar və böyüklər üçün: “Zabitlər Parkı” bütün gözəlliyi ilə - FOTOREPORTAJ

Ailəvi tətillər və yaddaqalan fotosessiya üçün əla məkan

Bakucity.az saytı yeni layihəsində paytaxt sakinləri və şəhərimizin qonaqları arasında xüsusi populyarlıq qazanan parklar barədə reportajlar hazırlayıb oxucularının diqqətinə çatdıracaq. Layihə çərçivəsində oxuculara Bakı parklarının tarixçəsi, hazırkı vəziyyəti və infrastrukturu barədə məlumatlar veriləcək, eləcə də bu parklardan fotoreportajlar hazırlanacaq.

İlk olara paytaxtın ən qədim parklarından sayılan “Zabitlər Parkı”na üz tutduq.

Ərazisi dörd hektar olan “Zabitlər Parkı” Bakı sakinlərinin sevimli məkanıdır. Bura həm böyüklər, həm də uşaqlar üçün eyni dərəcədə yaxşıdır. Bu, parkın kifayət qədər yaşıl, fotosessiya və istirahət üçün gözəl guşələrə, xüsusi uşaq meydançalarına sahib olması ilə əlaqədardır. 

Parkın tarixi

Şəhərin ən köhnə parklarından biri, əvvəllər bulvar adlanan Zabitlər parkı  Böyük Vətən müharibəsi illərində faşizmə qarşı döyüşlərdə həlak olan qəhrəmanların xatirəsinə salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan Həzi Aslanovun adı verilib.

Sovetlər dönəmində parkı bulvar adlandırıblar. Elə o vaxtlarda da park tank və toplarla bəzədilib. Bu atributların əksəriyyəti, hərbi oyunları sevən gənclərin xoşuna gəlməkdə idi. Sonradan bu “bəzək əşyaları2 dağıdıldı, çünki şəhərin mənzərəsinə uyğun gəlmirdi, üstəlik çox yer tuturdular. 

Parkda yay kinoteatrı da fəaliyyət göstərib. Paytaxt sakinləri buraya ailəlikcə xarici və yerli filmləri izləmək üçün gəliblər. 2009-cu ildə park iki il müddətinə təmirə bağlanıb. 2011-ci ildə Zabitlər parkının rəsmi açılışı olub. Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

İkinci həyat

Parkın yaxşılığa doğru dəyişdiyini də qeyd etmək lazımdır. İndi həm gündüz, həm də axşam eyni dərəcədə gözəldir. Bunun səbəbi, parkın müxtəlif tunc heykəllər və böyük fəvvarə ilə bəzədilməsidir. Müasir işıqlandırma sistemi parkı xüsusilə cəlbedici edir.

Uşaqları əyləndirmək və inkişaf bacarıqlarını stimullaşdırmaq üçün hazırlanmış oyun meydançasının olmasını xüsusilə vurğulamaq lazımdır. Buna görə də parkda hər zaman uşaqların şən səsləri və gülüşləri eşidilir.

Park gənclərə sıx yaşıllıqları, gözəl mənzərəsi ilə maraqlıdır. Açıq havada istirahət üçün parkda çoxlu skamyalar var. Buranın hər küncündə “Instagram” fotoşəkilləri üçün mükəmməl fon var. Peşəkar fotoqraflar da bu məkanda işləməyi sevirlər. 

“Zabitlər parkı”nın yenidən qurulması zamanı təkcə buranı bəzədilməsi yox, çoxillik ağacların qorunub saxlanması da diqqət çəkir. 

Parkın infrastrukturu

Park öz infrastrukturu ilə də cəlb edir. Burada müxtəlif kafe və restoranlar var. Gün ərzində kiçik məkanlarda uşaqlarla yaxşı vaxt keçirə, kabab, dondurma, çərəzlər yeyə bilərsiniz. Axşam saatlarında məşhur “XoXo Club”da istirahət və rəqs etmək olar. Çox adam xatırlayar, qış aylarında parkın ərazisində konkisürmə sahəsi və “buz” kafesi var idi. İndi təəssüf ki, bu əyləncə bağlanıb, amma yerində tezliklə dünyada populyarlıq qazanan yeni, daha populyar və əyləncəli batut gimnastikası olacaq. “Batut Arena”nın açılışı oktyabrın 5-nə planlaşdırılıb. Şübhəsiz ki, təkcə uşaqlar yox, böyüklər də bu açılışı səbirsizliklə gözləyir.

“Zabitlər Parkı” paytaxt sakinlərini keçən əsrdən bəri sevindirir, illər keçdikcə burada vəziyyət daha da yaxşılaşır.

Züleyxa İsmayılova

Foto Nicat Alili

Bakucity.az

Bakı Zabitlər parkı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
174 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq Yeni təyyarələrin alınması Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) marşrut şəbəkəsinin genişləndirməsinə imkan yaradacaq. BakuCity.az xəbər verir ki, bunu “APA-Economics”ə AZAL-ın birinci vitse-prezidenti Sabir İlyasov deyib. “AZAL-ın strateji inkişaf planı var, yeni təyyarələrin alınması nəzərə alınaraq açılacaq yeni marşrutlar müəyyənləşdirilib. Yeni reyslər əsasən Cənub-Şərq...
Cəmiyyət
"Şərur" MTK-nın rəhbərliyi qanunsuz tələblər irəli sürür" Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 22A ünvanında yeni inşa olunan binada yaşayan bir qrup sakin mənzillərinə çıxarış ala bilmirlər. BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu həmin ünvanda yaşayan sakinlərdən biri - "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.  Onun sözlərinə görə, sakinlər üzləşdikləri problemlərlə bağlı müraciət ediblər: "Bu müraciəti son günlər...
Cəmiyyət
"Özləri uşaqları bu cür ediblər" Bir neçə gündür iki azyaşlı uşağa şiddət göstərməkdə ittiham olunan ata Xaqani Kazımov və ögey ana Nuranə “Səni axtarıram” verilişinə qatılıb. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər. X.Kazımov qayınatasının ona böhtan atdığını bildirib: “Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını q...
Hadisələr
Avtobusun şüşəni təpiklə sındırıb Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübah...
Siyasət
Dövlət başçıları təkbətək görüşüblər Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin rəsmi qarşılanma mərasimi olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Kral II Abdullahın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İordan...
Cəmiyyət
Bu köşklər şəhər küçələrindən yığışdırılacaq? Bakıda veb-taksofonlar və onlar üçün köşklər 2013-cü ildən quraşdırılıb. Hazırda isə şəhərin bir çox yerlərində həmin köşklərin içi boşdur.  BakuCity.az məsələ ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC ilə (“Baktelecom”) əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hazırda boş olan qurğular vaxtilə müxtəlif şirkətlər tərəfindən taksofonların yerləşdirilməsi üçün quraşdırılmışdı. Bu köşkləri quraşdıran hər hansı şirkət h...
Hakimiyyət
Polkovnik Hikmət Abbasov rəis təyin edilib Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarılan general 06.04.1968-ci ildə N...
Cəmiyyət
Əfsanəvi kəşfiyyatçı "hər şeyi görür" Bu gün BakuCity.az “Bakının parkları və bağları” rubrikası çərçivəsində paytaxtın Səməd Vurğun küçəsi ilə Azadlıq prospekti arasında yerləşən köhnə parklarından biri - Rixard Zorge parkından bəhs edəcək. Alman mühəndisin fikri 1898-ci ildə Bakı Şəhər Duması, Bakının baş planını mühəndis və keçmiş şəhər rəhbəri Nikolay fon der Nonneyə sifariş verdi. Alman mühəndis planda şəhərin əhəmiyyətli hissələrini böyük bulvar və p...
Cəmiyyət
Bakıda iri ticarət mərkəzi qəsdən yandırıldı? Sosial şəbəkələrdə yayılan məlumata əsasən, yanğın baş vermiş "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə əlaqədar sökülməsi nəzərdə tutulurdu. İddiaya görə, bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb. BakuCity.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli...