Sabah Bakıda 26 dərəcə isti olacaq

Sabah Bakıda 26 dərəcə isti olacaq

Oktyabrın 3-də Bakıda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən xəbərə görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Havanın temperaturu gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Bakucity.az

Bakı hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər