Bakıda hoteldə yanğın - 10 turist xilas edildi

Bakıda hoteldə yanğın - 10 turist xilas edildi, Seymur

Bakıda hoteldə yanğın qeydə alınıb.

Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Emerald suite” hotelin beşmərtəbəli binasının zirzəmisində transformatorun sarğıları yanıb.

Bina yanğından mühafizə olunub.

Yanğın zamanı binadan 10 nəfər əcnəbi vətəndaş xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakucity.az

Bakı hotel yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər