Bələdiyyə BNA-nı məhkəməyə verdi - Hər maşına 10 qəpik istəyir

Bələdiyyə BNA-nı məhkəməyə verdi - Hər maşına 10 qəpik istəyir

Bakı Nəqliyyat Agentliyi “Qış bulvarı”nın altındakı yeraltı dayanacağa görə məhkəməyə verilib

Bakucity.az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxtın Nəsimi Rayon Bələdiyyəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək BNA-ya qarşı iddia qaldırıb.

Bələdiyyə tələb edib ki, yeraltı dayanacaqda park üçün edilən ödənişdən hər maşına görə 10 qəpik də onlara verilsin. Lakin məhkəmə hesab edib ki, tələbin məzmunu aydın deyil və elektron qaydada müraciət edilməyib.

Buna görə də sənədlər geri qaytarılıb. Bələdiyyə bu çatışmazlıqları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər.

Bakucity.az

Bakı BNA məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər