Bakıda 11 gündür itkin düşən tələbə tapıldı

Bakıda 11 gündür itkin düşən tələbə tapıldı

Bakıda 11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.

Bakucity.az-ın xəbərinə görə, bu barədə Oxu.Az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib.

Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib:

“Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.

Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.

Bakucity.az

Bakı tələbə tapılıb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər