Bakıda əlilliyi olan gənclərin problemlərinə həsr olunmuş konfrans keçiriləcək

Oktyabrın 3-də saat 10.00-da Park İnn hotelinin “Dan ulduzu” zalında əlilliyi olan gənclərin problemləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək. 

Bakucity.az xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayəndələri, dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin rəhbərləri, media və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

Konfransın keçirilməsində əsas məqsəd MDB ölkələrində əlilliyi olan gənclərə sosial inteqrasiya və icma həyatında iştirak etmək üçün əlverişli şəraitin yaradılması, əlilliyi olan gənclərlə sosial işin ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi sahəsində konfrans iştirakçılarının fikir mübadiləsi aparmaları, əlilliyi olan insanların təhsil almaq, idmanla məşğul olmaq, mədəni tədbirlərdə və cəmiyyətin əmək fəaliyyətinin bütün sahələrində iştirak etmələri üçün əlverişli şəraitin yaradılmasıdır.

Əlilliyi olan gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası: MDB və Avropa İttifaqı ölkələrində əlilliyi olan insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti konfrans zamanı müzakirə mərkəzində olacaq.

Qeyd edək ki, “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyalar: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilatçıları qismində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Dan” Beynəlmiləlçi Gənclər ictimai birliyi və MDB üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu (HƏDF) çıxış edirlər.

Konfrans çərçivəsində plenar iclasın, bölmələr üzrə açıq müzakirələrin, Azərbaycan Respublikasının rəsmiləri ilə görüşlərin, əlilliyi olan insanlar üçün reabilitasiya mərkəzlərinə səfərlərin, mədəniyyət proqramının keçirilməsi nəzərdə tutulmuşdur.

Bakucity.az

Bakı konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bu gün Xocalı soyqırımından 28 il ötür. Minlərlə azərbaycanlı soyqırımı ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə toplaşıb. Sakinlər "Ana harayı" abidəsini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, şəhidlərin ruhuna dualar oxuyublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak edib...
Cəmiyyət
2-də hərarət yüksəkdir Bu gün həkim müayinəsi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 29 nəfər daxil olub. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən BakuCity.az-a verilən məlumata görə, həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır. Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər...
Cəmiyyət
Materiallar məhkəməyə göndərilib Bakının Nizami rayonu, K.Balakişiyev, 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb. BakuCity.az-ın məlumatına görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 3  şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zama...
Cəmiyyət
Heyvanlara da toxunmayın Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin bununla bağlı hazırladığı videoda qeyd olunur ki, yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra əlləri ilıq su və sabunla ən azı 20 saniyə yumaq lazımdır. Bildirilir ki, yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmaq, özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə də...
Cəmiyyət
Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək Bu il martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə bildirilib. İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyat...
Hadisələr
Maqnitudası 4.6 olub Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ saat 11:52-də Nardaran stansiyasından 112 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.6, dərinliyi 60 km olub. BakuCity.az
Ekologiya
12 dərəcə isti olacaq Bakıda fevralın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyi...
Ekologiya
Dağlıq ərazilərdə qar yağıb Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata əsasən, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, D...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...