Bakıda 25-ci “BakuBuild” sərgisi keçiriləcək

22-25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 25-ci dəfə Azərbaycanın ən irimiqyaslı sərgilərindən biri – Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisi keçiriləcək. 

Bakucity.az xəbər verir ki, 1995-ci ildə təsis edilmiş bu sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 35-dən artıq ölkəsini təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib. 

Bu müddət ərzində sərgi bütün Xəzəryanı regionun inşaat bazarı üçün etibarlı işgüzar platforma kimi özünü sübut edib. 

Sərgidə işgüzar əlaqələr qurulur, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş etdirilir. 

“BakuBuild” sərgisi fəaliyyət göstərdiyi illər ərzində ölkə bazarında yeni texnologiyaların tətbiqinə və yerli istehsalı inkişaf etdirən və təkmilləşdirən investisiyaların cəlb olunmasına şərait yaradıb. Bir çox şirkət uzun illərdir ki, sərgidə iştirak edərək öz tarixini sərginin tarixi ilə bölüşür. 

“BakuBuild” sərgisi öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 200-dən çox şirkəti bir araya gətirməklə, iştirakçıların beynəlxalq əlaqələrini daha da gücləndirmək niyyətindədir. 

Sərgidə Almaniya, BƏƏ, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edir. Türkiyə ilk dəfə olaraq sərgidəmilli qrupla çıxış edəcək. Rusiya isə öz regional stendləri (Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk, Tümen, Vladimir vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya, Şimali Osetiya-Alaniya) ilə sərgidə debüt edəcək. İştirakçılar arasında “Assa Abloy”, “AZROS-PL”, “JAF”, “Caspian Electric”, “Faxreddin-K”, “Nabucco”, “NB Group”, “Pimapen”, “Kronospan”, “Taleh-I”, “Universal Makina”, “Akkord Cement” (Qazax sement zavodu), “Texnonikol” və s. şirkətlər yer alır. Sərginin daimi iştirakçısı - “NB Group” şirkəti qeydiyyat sponsoru qismində çıxış edir.

“BakuBuild 2019” sərgisində inşaat materialları, dam örtükləri və izolyasiya, eləcə də interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, işıq və elektrotexniki məhsullar, inşaat avadanlıqları və texnologiyaları kimi sektorlar ilə tanış olmaq mümkün olacaq. İştirakçılar sərginin peşəkar ziyarətçilərinə inşaat sənayesinin ən son yenilik və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək, sərginin qonaqları isə təqdim edilən məhsulları birbaşa sərgidə sınaqdan keçirə biləcəklər.

Sərginin əlavə tədbirlər proqramı ziyarətçiləri işgüzar görüşlər, panel müzakirələri və müəllif layihələrinin təqdimatları kimi çoxsaylı imkanlarla sevindirəcək.

Beləliklə, yubiley proqramı çərçivəsində 5 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında quşlar üçün yuvalar və yemləmə evcikləri quraşdırılacaq. Nəbatat Bağında aparılan abadlıq işləri sərginin daimi iştirakçıları və təşkilatçıları üçün xoş ənənəyə çevrilib. Beləliklə, “BakuBuild” sərgisinin tərəfdaş və dostları tədbirin yubileyini qeyd etməklə, quşların say və növ tərkibinin qorunub saxlanmasına öz töhfəsini verəcəklər.

İlk dəfə olaraq, “Сaspian Еvent Оrganisers” (СEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə  25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq. Missiya müxtəlif ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək.

Sərgi çərçivəsində Azərbaycan Memarlar İttifaqı tərəfindən “Architect Talks” layihəsinin və gənc memarlar arasında müsabiqənin keçirilməsi planlaşdırılır.

“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi keçiriləcək. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edəcək yerli və xarici istehsalçılar iştirak edəcəklər.

Beləliklə, “BakuBuild” sərgisi yeni loqotip və böyük tarixi ilə müasir biznesin inkişaf təmayülləri ilə ayaqlaşaraq, qısa vaxt ərzində hədəf auditoriya ilə üzbəüz görüşlər keçirməyə və yerində və dərhal biznes qurmağa imkan yaradır.  

Sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində Caspian Event Organisers şirkəti çıxış edir.

Bakucity.az

Bakı sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
6 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
15 oktyabrda Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən Mikayıl Müşfiqin abidəsinin və şairin adını daşıyan parkın açılışı olub. BakuCity.az xəbər verir ki, Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl qoyulmuş müasir tələblərə və standartlara cavab verməyən büst, bu gün ağ mərmərdən olan yeni büstlə əvəz olunub, parkda isə abadlıq və yenidənqurma işləri aparılıb. Şairin adını daşıyan parkın sahəsi xeyli genişləndirilib və şairin yeni tərtibatda...
Cəmiyyət
Paytaxtın Nizami rayonunda maraqlı hadisə baş verib. 328 nömrəli orta məktəbin direktoru Asif Nəbiyev 23-cü Polis bölməsinə müraciət edib. BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən bildirilib. Belə ki, direktor oktyabrın 14-də, saat 12:00-da uşağa qarşı zorakılığın şahidi olduğunu söyləyib. O, üçüncü sinif şagirdi R.Hümbətlinin atası Qorxmaz Hümbətli tərəfindən döyüldüyünü bildirib. Polis araşdırma zamanı atanın dərsləri...
Hadisələr
Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya uğrayıb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb. Məlumata görə, Gülnarə Məmmədovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü BMW markalı maşınla toqquşub. Həmçinin oxu: Meksika səfiri Bakıda qəzaya düşdü Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıblar. Xatırladaq ki, oktyab...
Siyasət
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. BakuCity.Az xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan prezidentlərinin də iştirak etdiyi görüşdə Prezident İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə “Türk dünyasının Ali Ordeni”ni təqdim edib. Qeyd edək ki, tədbirdə növbəti Zirvə Görüşünün Türkiyədə ke...
Hadisələr
Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində "BakuBus" şirkətinə məxsus 6 saylı avtobusun iştirakı ilə qəza baş verib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə zamanı avtobus eyni istiqamətdə hərəkət edən taksi ilə toqquşub. Həmçinin oxu: Bakıda avtobus "Toyota" ilə toqquşdu - FOTO Qəza ilə əlaqədar Bakı Tennis Akademiyasının qarşısında tıxac yaranıb. Sürücülər isə bir-birilərini günahlandıraraq, hadisə yerinə polis və sığort...
Cəmiyyət
Sentyabrın 25-də açılışı olmuş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi prosesi gecikir. Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BakuCity.az-a açıqlamasında isə işlərin plana uyğun getdiyini bildirib: “Heç bir gecikmə yoxdur, işlər plana uyğun gedir. Müəyyən işlər var ki, onların tam yekunlaşmasından sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək”. “Koroğlu” metro stansiyasını...
Hadisələr
Bakıda 54 yaşlı kişi ölüb. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 1965-ci il təvəllüdlü Məmmədov Qadir Aydın oğlu rayon ərazisindəki küçələrin birində ölüb. Q.Məmmədovun ölüm səbəbinə hələ aydınlıq gətirilməyib. Meyit daxili və xarici müayinə üçün Tibbi-Ekspertiza Mərkəzinə təhvil verilib. Daha bir analoji hadisə isə Qaradağ rayonu ərazisində qeydə alınıb. Küçədə orta yaşlı kişinin meyiti aşkar...
Cəmiyyət
Bakıda ən ucuz mənzillər 19 min manata satılır. BakuCity.az Bina.az saytına istinadən məlumat verir ki, mənzillərdən biri Binəqədi rayonu, G.Həsənbəyli, 72 ünvanında 4 mərtəbəli binanın (yeni tikili) 4-cü mərtəbəsində yerləşir. Bir otaqlı mənzil təmirsizdir, sahəsi 31 kv.m təşkil edir. Çıxarışı var. Maraqlıdır ki, mənzili kreditlə də əldə etmək mümkündür. Bu halda yaşayış evi 21 min manata başa gələcək. Kreditin şərtləri: 5 illik, ilkin ödəniş 8 min manat,...
Cəmiyyət
Bakı Metropolitenində yeni konsepsiya hazırlanıb. "Bakı Metropoliteni" QSC-dən BakuCity.az-a verilən məlumata görə, bunu Rusiyanın Nijni Novqorod şəhərində keçirilən "Metro" Beynəlxalq Assosiasiyasına üzv olan metropolitenlərin baş mühəndislərinin ənənəvi illik texniki şurasının iclasında QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.  Metropolitenlərin elektrik təchizatı ilə bağlı problemlərin müzakirəsi zamanı Bakı Metropolitenində belə hallar...