Bakı ilə Mahaçqala arasında sürət qatarı işləyəcək

Bakı ilə Mahaçqala arasında sürət qatarı işləyəcək

Mahaçqala və Bakı arasında sürət qatarının buraxılması planlaşıdırılır.

Bakucity.az xəbərinə görə, bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında bildirib.

V.Vasilyev deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur.

V.Vasilyev həmçinin əlavə edib ki, sürət qatarının xəttə buraxılması Azərbaycan və Dağıstan arasında turist axınını artıracaq.

Bakucity.az

Bakı Mahaçqala sürət qatarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər