Bakıda ər arvadını vəhşicəsinə döydü

Bakıda ər arvadını vəhşicəsinə döydü, Seymur

Paytaxtın Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb.

Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində ailə münaqişəsi zəmnində ər həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əminova Zəkiyə Habil qızını döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Z.Əminovaya qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, 3 ay əvvəl ailə həyatı quran ər həyat yoldaşının atası evinə gəlib.

Bu zaman onlar arasında mübahisə yaranıb.

Nəticədə ər həyat yoldaşı Z.Əminovaya xəsarət yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakucity.az

Bakı ər arvadı döydü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər