Könül İsmayılova: Deyirdilər ki, əlilliyi olan şəxsi işə götürə bilməzlər - FOTO

Bakıda fiziki sağlamlığı məhdud şəxslərin  iş tapmaları mümkündürmü?

Azərbaycanda fiziki sağlamlığı məhdud şəxslərin işə götürülməsi üçün dövlət qurumları üçün kvotalar hazırlanıb. Bu kvotalar pozulduğu təqdirdə müəssisəyə 500-2000 manat cərimə tətbiq edilir.

Bugünkü materialda Bakucity.az Bakıda əlillərin sosial müdafiəsinin nə dərəcədə səmərəli inkişaf etdiyini, onların işlə təmin olunması və əlillər üçün hansı şəraitin yaradılmasını araşdırıb.

“Beynəlxalq Rəssamlar İttifaqının fəalları” və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan və Strasburq Əlil Qadınlar cəmiyyətinin sədri, I qrup əlil Könül  İsmaylova məşğulluq təcrübəsini bizimlə bölüşüb.

K. İsmayılova etiraf etdiyi kimi, uşaq serebral iflic xəstəliyi keçirməsinə baxmayaraq, həmişə işləmək və özünü təmin etmək istəyib. Əlillik üçün müavinət alması kifayət deyildi – rəssam özünü cəmiyyətin tam üzvü hiss etməsi üçün “hər kəs kimi” yaşamağa çalışırdı.

“Rusiya Müasir İnnovativ Humanitar Akademiyasını bitirdikdən sonra iş almağa çalışdım: müsahibələrə getdim, müxtəlif yerlərə CV göndərdim, amma hamısı uğursuz oldu. Hər yerdə mənə anlatdılar ki, əlilliyi olan şəxsi işə götürə bilməzlər.

O dövrdə əsas məşğuliyyətim rəssamlıq idi, amma təəssüf ki, bu sabit qazanc gətirmir. Buna görə də işə düzəlməyimin vacib olduğu düşüncəsini tərk etmədim. Bundan əlavə, bu iş olduqca baha başa gəlir - rəsmlər, yağlar, fırçalar və digər vasitələr”, - deyə Könül İsmayılova bildirib.

Həmçinin oxu: Diana Hacıyeva: Bakıda ən sevdiyim məkan Dağüstü parkın yaxınlığıdır

K.İsmayılova qeyd edib ki, rəfiqəsi ona bir şirkətə sənət biliyi olan işçi tələb edildiyini bildirib. Üstəlik, İsmayılovanın ixtisası “Sənətşünaslıq”  idi.

“Bu barədə mənə serebral iflici olan dostum Nailə Şahverdiyeva məlumat verdi. Söhbət əlilliyi olan bir insanı işə götürməyə hazır olan “Amapola Exclusive Events” şirkəti haqqında gedir. Sonra bu şirkətin meneceri Aysel İskəndərli ilə tanış oldum. Gələcəkdə Aysel xanım  mənə böyük dəstək oldu.

İlk dəfə bu şirkətə gələndə orada işləyən insanlardan və hər detalında bəlli olan yaradıcı mühitdən məmnun qaldım. Düzünü deyim, müsahibədən sonra bu xəyalın gerçəkləşə biləcəyinə şübhə etdim, xüsusən uzun müddət cavab verilmədiyi üçün”, - deyə həmsöhbətimiz etiraf edib.

Bir müddət K. İsmayılova əlillərin işə götürülməsi faktını təsdiqləməli olduqları Sosial Müdafiə Fondundan cavab gözləməli olub. Şirkət işçiləri K. İsmayılovanı hansı işə qəbul etməyə hazır olduqlarını göstərən məktublar yazıblar. Sonda onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəssamın bu şirkətdə işləmək qərarına nail olublar.

Həmçinin oxu: Firəngiz Ulutürk: Xəlil dedi ki, bu pilləkanları belə qaçdığına görə səni alacam

Bu kiçik çətinliklərdən və gözləntilərdən sonra “Amapola Exclusive Events” işçilərinin inadkarlığı sayəsində Könül İsmayılova sənət menecerinin köməkçisi kimi yarım maaşla işə qəbul olunub.  O, bu şirkətdə beşinci aydır işləyir.

“Mənim vəzifələrimə yaradıcı fikirlər tapmaq və təqdimatlar hazırlamaq daxildir. Əlbətdə ki, əvvəldə  mənim üçün çətin oldu, amma həmkarlarımın dəstəyi sayəsində iş prosesinə qoşuldum.

“Amapola”da  əsl yaradıcı atmosfer var. Hər növ korporativ və özəl tədbirləri, eləcə də şəhər və dövlət səviyyəsində ictimai tədbirləri təşkil edirik. Bu gözəl şirkətdə çalışdığım üçün çox şadam”!

K.İsmayılovanın sözlərinə görə bu şirkətdə rəssama hamı xoş davranır:

“Burada, ilk növbədə, insanların məni səmimi qarşılamaları, işləməyim və inkişaf etməyimə imkan verməsi çox xoşuma gəlir. İnsanların mənə bir qədər arzulonmaz  baxa biləcəyinə alışmışam. Tez-tez olurdu ki, ictimai nəqliyyatda kimsə yüksək səslə deyə bilərdi ki, belə bir sağlamlıq vəziyyətində evdə oturum ki, heç kimin yer verməsinə ehtiyac olmasın. Müxtəlif müsahibələrə gələndə nədənsə əlillərin də böyümək və pul qazanmaları lazım olduğunu başa düşməkdə çətinlik çəkən insanların açıq bir mənfi reaksiyasına rast gəlirdim. Bu, heç vaxt “Amapola Exclusive Events”də baş verməmişdir, bunun üçün hər kəsə minnətdaram!

Buna görə də hər kəsə demək istəyirəm ki, əlillik cəza deyil! Nə qədər çətin olursa olsun, həm fiziki, həm də əqli cəhətdən irəliləmək vacibdir. Heç vaxt dayanmayın! Bu gün dövlət əlilliyi olan insanlara iş əldə etmək üçün bir fürsət verir və mən hamını bu fürsətdən istifadə edərək hamıya və hər şeydən əvvəl özümüzə cəmiyyətin tam üzvü ola biləcəyimizi sübut etməyə çağırıram”!

Züleyxa İsmaylova

Bakucity.az

Bakı əlillik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır. Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 1 iyun ta...
Cəmiyyət
Müsabiqəyə buraxılma şərtləri də Nazirlər Kabineti tərəfindən tənzimlənir. “Keçid balı müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri də Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu sənəddə də hələ heç bir dəyişiklik yoxdur”. BakuCity.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. DİM sədri xatırladıb ki, mart ayından sonrakı tədris proqramları builki imtahanlara...
Cəmiyyət
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır. Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər.  Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, həmin valideynlər şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini...
Cəmiyyət
Gənc ictimai xadim Aqil Acalov uşaqlara "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təbrik ünvanlayıb. BakuCity.az xəbər verir ki, gənc ictimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ünvanladığı təbrikdə yazır: Uşaqlar - sabahımız və gələcəyimizdir... Hər birimiz sabahımıza böyük ümidlərlə yanaşır, böyük arzular qururuq. Ümidlərimizin doğrulması və...
Cəmiyyət
“Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının (UNDP) qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha geniş miqyaslı proqram çərçivəsində “Naxçıvan...
Cəmiyyət
Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün I sinfə qəbul üzrə müsahibələrə başlanılır.  Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların müsahibələri (onlayn və ənənəvi qaydada) üzrə qeydiyyata bu gündən st...
Kriminal
Bakının Nizami rayonunda iki nəfər döyülüb, onlardan biri bıçaqlanıb. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə saatlarında Qara Qarayev prospekti, 71 ünvanında baş verib. Binanın həyətində 1992-ci il təvəllüdlü Manafov Nurlan Dövran oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Vəlizadə Səidə Əkrəm qızı üç nəfər tərəfindən döyülüb. N.Manafov ayağından bıçaqlanıb. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Nizami Rayon Po...
Cəmiyyət
Maskalarla bağlı cərimələr təsdiqlənib. Parlamentin dünən keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirə edilib. BakuCity.az xəbər verir ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlıdır. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfind...
Cəmiyyət
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. BakuCity.az xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik...