Səddamın Bakıdakı müdhiş planı: Heç kim inanmayıb

Səddamın Bakıdakı müdhiş planı: Heç kim inanmayıb, Seymur

Bakıda vətəndaşların kartlarından pul çıxarmaqda ittiham edilərək həbs olunan şəxsin məhkəməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manat pulun şəxsi hesablara köçürərək nağdlaşdırmaqda təqsirləndirilən 29 yaşlı Səddam Nəzərlinin məhkəməsi keçirilib.

Bakucity.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

S.Nəzərli özünü qismən təqsirli bilərək pulları necə çıxardığını danışıb:

“İşsiz idim, borclarım vardı, biznesdə 10 min zərər etmişdim. Vəziyyətdən çıxış yolunu fikirləşib, bu qərara gəldim. Əvvələ bir dənə kartla yoxladım, alındı, sonra davam etdim. 30 min borcum vardı, oğlum da xəstə idi, fikirləşdim ki, 40 min çıxarım qalan pulla da oğlum mən çıxana kimi yaşaya bilsin. Özüm 40 min hesablamışdım ki, külli miqdar sayılmasın, cəzam yüngün olsun.

Hesablardan pulu anamın məndə olan kartına yükləyirdim, sonra da nağdlaşdırırdım. Pulları çıxardıqdan sonra Türkiyəyə getdim. Bir müddət orada qalıb, Bakıya qayıtdım. Fikirləşirdim ki, gömrükdə saxlanılacam. Yəni, bu işin üstü açılmış olacaq. Amma mənə heç nə deyilmədi, yoxlanılmadım. Düşündüm ki, ya xəbərləri yoxdur, ya da başqa nəsə plan qurublar. Bankın bu əməliyyatdan xəbərsiz olması inandırıcı gəlmirdi. Çünki 124 nəfərin hesabından pul çıxarmışdım. Necə ola bilərdi ki, bir nəfər banka şikayət etməsin və bank da buna görə araşdırma aparmasın? Bakıya gələndən sonra gördüm ki, bunlardan xəbər yoxdur.

Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar var və bu problemləri aradan qaldırmalısınız. Onlar mənə inanmadılar, ətraflı şəkildə izah elədim.

Bir neçə gün sonra mənə özünü həmin bankın işçisi kimi təqdim edən Emin adlı bir nəfər zəng elədi. Amma telefonumda proqram var idi və orada gördüm ki, Emin BMCMİ yazılıb. Bildim ki, o, “Bandotdel”in əməkdaşıdır, lakin biruzə vermədim. Ona da hər şeyi izah eltdim. Məni banka görüşə çağırdılar, ora gedib hər şeyi bir də izah etdim. 

Sonda isə mənə qarşı haqsızlıq edildi. Başqa bir hesaba köçürdüyüm 8 min manata görə mənə təkrar cinayət törətmək maddəsi ilə ittiham verildi. Həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdırdılar. İndi bank da mənə qarşı 39 minlik iddia qaldırıb. Bu da xeyli miqdardır.

Həmin kartlarda əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı.

“Bandotdel”in Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək. O biləcək ki, bunu Səddam edib. Elə də oldu". 

Bakucity.az

Bakı məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda bu gün koronavirus infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
Düşmən Tərtəri atəşə tutub. Ermənistan Silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. BakuCity.az
Cəmiyyət
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir. BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, Nazirliyin Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin kiber mühitdə növbəti uğursuz təxribatını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya 1 noyabr 2020-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun fəaliyyə...
Cəmiyyət
Xəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi? BakuCity.az xəbər verirki, bununla bağlı danışan Adil Qeybulla bildirib ki, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq: "Sərt karantin tədbirləri görülmə...
Cəmiyyət
Laçınla bağlı xoş xəbərlər eşidəcəyik. "Bir sıra məsələlər var ki, onlar operativ şəkildə həll edilməlidir. Lakin döyüçlərin gedişatında təəssüf ki, bəzi ləngimələr olub. O ləngimələrin nədən ibarət olduğunu isə Ali Baş Komandan və Müdafiə Nazirliyi daha yaxşı bildir. Yəqin ki, döyüşlər qələbə ilə yekunlaşdıqdan sonra bu haqda ətraflı məlumat veriləcək". Bu hərbi ekspert Üzeyir Cəfərova dünən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi...
Cəmiyyət
Ermənistanın İranla həmsərhəd bölgəsində yerləşən Mehri rayonunda yeni istehkamlar qurulur. BakuCity.az xəbər verir ki, bu barədə məlumat Mehri rayon bələdiyyəsinin "Facebook” səhifəsində paylaşılıb. Məlumata görə, Mehri rayon ərazisində mövqelərin təhlükəsizliyini təmin etmək üçün təkərlərə  ehtiyac var. Rayon sakinlərinə edilən müraciətdə "KAMAZ” markalı yük maşınına aid təkərlərin Mehri şəhərinin Aqarak qəsəbəsindəki  gömrük məntəqəsinin yaxınlığında ye...
Cəmiyyət
Dünyanın ən gözəl papağı – erməni əsgərinin boş qalmış papağıdır.  Bu papaqlar keçən əsrin əvvəlində tayqulaq andraniklərin, njdelərin və  Qarakilsədə Musa babamın valideyinlərini məhv eləyən daşnakların  nəvələrinin bədənlərinə ağırlıq eliyən başlarından düşür. Daha doğrusu, igid zabit və əsgər  qardaşlarım düşürürlər...  Dünyanın ən gözəl  kəndləri isə sırtıq qonaqların çıxarılmasından sonra qaytarılan yaşayış məntələrimizdir – Suqovuşandı, Talışdı, Böyü...
Cəmiyyət
Ağcabədi rayonu atəşə tutulub. Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub. BakuCity.az xəbər vürir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. BakuCity.az
Cəmiyyət
“Azərkosmos” işğaldan azad edilən Qubadlı şəhərinin peyk görüntüsünü paylaşıb. BakuCity.az xəbər verir ki, görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub. BakuCity.az