Bakıda sərxoş kişini təcili tibbi yardım avtomobili vurub

Bakıda sərxoş kişini təcili tibbi yardım avtomobili vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakucity.az APA-ya istinadən xəbər verir ki, təxminən 40-45 yaşlarında şəxsiyyəti hələlik məlum olmayan kişi sərxoş vəziyyətdə qəfildən yolun yüksək sürətli hərəkət zolağına çıxıb.

Bu zaman yoldan keçən təcili tibbi yardım avtomobili piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, piyada nəqliyyat vasitəsinin altında qalaraq xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakucity.az

Bakı sərxoş təcili tibbi yardım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər