Binəqədidə qəza - Qaz təchizatı dayandı

Binəqədidə qəza - Qaz təchizatı dayandı

Məlumatı “Azəriqaz” İstehsalat Birliyi verib

Bakucity.az xəbər verir ki, dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Vəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Kəmərin bərpası istiqamətində işlər aparılır. (Trend.az)

Bakucity.az

qaz təchizat dayandı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər