Bakıda avtobus sürücüsü heroin qəbul edərək ölümə səbəb olub

Bakıda avtobus sürücüsü heroin qəbul edərək ölümə səbəb olub

Heroin qəbul edərək ölümə səbəb olan avtobus sürücüsünün şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirli bilinən Pərviz Quliyevin apellyasiya şikayətinə baxılıb.

Bakucity.az xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib, P.Quliyev barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Məhkəmənin hökmü ilə Pərviz Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmündə göstərilir ki, Pərviz Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub.

Həmçinin oxu: Bakıda ağır qəza kameraya düşdü - VİDEO

Qeyd edək ki, hadisə ötən il sentyabrın 15-də paytaxtın Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı, 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb. (Report)

Bakucity.az

Avtobus bakı heroin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər